')

Bu gün:


FutbolPress.Az | Azәrbaycan Kuboku: "Qarabağ" və "İnter" qalib gəldi, "Qəbələ" darmadağın oldu 

Azәrbaycan Kuboku: "Qarabağ" və "İnter" qalib gəldi, "Qəbələ" darmadağın oldu 


oxunma sayı: 745 Paylaş:

FutbolPressBu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

“Neftçi” “Bakcell Arena”da AZAL-ı sınağa çəkib. Görüşdə komandaların çoxsaylı səylərinə baxmayaraq, hesab açılmayıb. Cütün taleyinə "AZAL Arena"dakı qarşılaşmada aydınlıq gələcək.

“İnter” doğma publika önündə “Xəzər Lənkəran”la qarşılaşıb. Qarşılaşmada rəqibin qapısından iki cavabsız top keçirən Kaxaber Sxadadzenin yetirmələri demək olar ki, yarımfinala vəsiqəni təmin edib.

Premyer Liqanın lideri “Qarabağ”ın da yarımfinala adladığını demək olar. Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda autsayder  “Bakı”nı darmadağın edib - 3:0.

Günün ən gözlənilməz nəticəsi Qəbələdə qeydə alınıb. Burda şəhərin eyniadlı komandası “Qəbələ” “Simurq”a 0:3 hesabı ilə məğlub olub. Doğma meydanda darmadağın olan Roman Qriqorçukun komandası demək olar ki, kubokda mübarizəni dayandırıb.

Azərbaycan Kuboku. 1/4 final, ilk oyunlar
4 mart 


17:00. “Neftçi” – AZAL - 0:0
“Bakcell Arena”

17:00. “İnter” – “Xəzər Lənkəran” - 2:0
Qollar: Mikel Alvaro, 41 (1:0), Asif Məmmədov, 69 (2:0)
“İnter Arena”


17:00. “Qarabağ” – “Bakı” - 3:0
Qollar: Reynaldo, 6 (1:0), 32 (3:0), Vüqar Nadirov, 24 (2:0)
Tofiq Bəhramov adına Respublika stadionu

19:00. “Qəbələ” – “Simurq” - 0:3
Qollar: Draqan Çeran, 11 (0:1), 55 (0:2), Benjamin Lombot, 57 (0:3)
Qəbələ şəhər stadionu


oxunma sayı: 745 | Paylaş:




?>