Almaniya Kuboku: "Borussiya" və "Bayer" 1/4 finalda
Paylaş:
Almaniya Kubokunda 1/8 final mərhələsi başlayıb.
İlk oyun günündə dörd qarşılaşma keçirilib.
“Bayer” öz meydanında “Kayzerslautern”ə qalib gəlib – 2:0. “Hoffenhaym” səfərdə “Aalen”i üstələyib - 0:2.
Dortmund “Borussiya”sı səfərdə “Drezden”dən üstün olub – 0:2.
“Frayburq” doğma meydanda “Köln”ü 2:1 hesabı ilə məğlub edərək adını 1/4 finala yazdırıb.
Almaniya kuboku, 1/8 final
3 mart
“Bayer” – “Kayzerslautern” - 2:0
Qollar: Çalhanoğlu, 102, Kisslinq, 113
“Aalen” – “Hoffenhaym” – 0:2
Qollar: Polanski, 16; Folland, 56
“Drezden” – “Borussiya” - 0:2
Qollar: İmmobile, 50; 90
“Frayburq” – “Köln” - 2:1
Qollar: Udja, 18-avtoqol (1:0), Darida, 19 (2:0), Deyverson Brum, 89 (2:1)
| Paylaş: