')

Bu gün:


FutbolPress.Az | Şahin Diniyev: "Elit-raund öncəsi Adamı "sıxmaq" düzgün deyildi" (AÇIQLAMA)

Şahin Diniyev: "Elit-raund öncəsi Adamı "sıxmaq" düzgün deyildi" (AÇIQLAMA)


oxunma sayı: 217 Paylaş:

FutbolPress“Nikolay Adamla görüş hesabat xarakterli idi. Görüşdə U-19 millimizin Finlandiya və İrlandiya təlim-məşq toplanışları müzakirə olundu. Həm də komandanın son durumu haqda ümumi fikir mübadiləsi aparıldı. Baş məşqçi bizə hazırda kollektivdəki mənfi və müsbət tərəfləri çatdırdı. Onu da əlavə edim ki, təkcə U-19 yox, Məşqçilər Komitəsi olaraq bütün yaş qrupları üzrə millilərin baş məşqçiləri ilə müzakirə xarakterli görüşlər keçirmişik və hesabat şəklində federasiya rəhbərliyinə təqdim edəcəyik”. 

Bunu dünən Azərbaycan U-19 millisinin baş məşqçisi Nikolay Adamla görüşən Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev “FutbolPress”ə açıqlamasında dedi.

Təcrübəli mütəxəssis görüşün hesabat xarakterli olduğunu bildirdi və Almaniya çalışdırıcı ilə U-19-un İrlandiyaya 0:6 hesabı məğlubiyyəti də müzakirə elədiyini söylədi: 
 
“İrlandiyaya belə məğlubiyyət gözlənilməz oldu. Bu, hamımızı təəccübləndirdi. Finlandiyadakı toplanışı Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov izləmişdi. Amma o viza problemi ilə əlaqədar İrlandiyaya gedə bilməmişdi. Skandinaviyalı həmyaşıdları ilə iki heç-heçədən sonra və elit-raunda 20 gündən bir qədər artıq vaxt qalmış komandanın belə hesabla məğlub olması təbii ki, pisdi. Nikolay Adam bəzi səbəblər göstərdi. O məğlubiyyətin əsas səbəbləri kimi komandanın süni meydançadan birdən-birə təbii örtüklü meydanda oynaması və havanın yağışlı olmasını göstərdi. Lakin bütün bunlar komandanın belə hesabla uduzmasına rəvac vermir. Biz Nikolay Adamı nə vəzifəyə qoymuruq, nə də çıxarmırıq. Bizim işimiz gördüyümüz müsbət və mənfi tərəfləri araşdırıb, federasiya rəhbərliyinə məruzə eləməkdi. Təbii ki, hesabatımızda Adamın Hindistan millisinə getməsi ilə əlaqədar hazırkı vəzifəsinə etinasız yanaşma ehtimalını da qeyd eləmişik. Amma bu haqda yalnız federasiya rəhbərliyi onuna danışa bilər. Mənim şəxsi fikrim isə bu idi ki, elit-raund öncəsi Adamı "sıxmaq" düzgün deyildi. Bunu elit-raunddan sonra eləsəydik, daha yaxşı olardı. Həm də elit-raunddan sonra onun yerinə kimin gələcəyini indidən demək etik qaydalara sığmır".  

Söhbət əsnasında Şahin Diniyev Antalyadakı təlim-məşq toplanışını izlədiyi U-21 millisi haqda isə bunları dedi:

"Məqşçilər Komitəsinin üzvlərinin millilərin toplanışı haqda hesabatı federasiya rəhbərliyinə təqdim edəcək. Ona görə də, indidən bu haqda açıqlama vermək istəməzdim. Federasiya rəhbəri əgər hesabatı saytda oxuyacaqsa, daha bunun ona təqdim olunmasına nə ehtiyacı olacaq? Yalnız onu deyə bilərəm ki, Antalyada son illərin ən yaxşı U-21-ini gördüm".


oxunma sayı: 217 | Paylaş:




?>