')

Bu gün:


FutbolPress.Az | Xaqani Məmmədov: "Nurlanın elədiyi hərəkət qaydalara zidd deyil" (AÇIQLAMA)

Xaqani Məmmədov: "Nurlanın elədiyi hərəkət qaydalara zidd deyil" (AÇIQLAMA)


oxunma sayı: 666 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXIV turunun "Xəzər Lənkəran" - "Bakı" matçında qonaqların oyunçusu Nurlan Novruzovun rəqibin hücumunun qarşısını qeyri-adi şəkildə aldığı epizodla "facebook" hesabımızda sizi tanış eləmişdik. 

Sözügedən epizod həm şəbəkələrdə, həm də idman mediasında müzakirə mövzusu oldu. "FutbolPress" Nurlan Novruzovun elədiyi hərəkətin qaydalara zidd olub-olmadığını və həmin epizodda baş hakim Ömər Paşayevin səhv qərar verib-vermədiyini dəqiqləşdirmək üçün Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu danışdırdı: 

"İndi bir sıra jurnalistlər Nurlan Novruzovun idmançıya yaraşmayan hərəkət elədiyini iddia edir. Mən də deyirəm ki, bunun idmançıya yaraşmayan hərəkət olduğunu mənə göstərin. Harda yazılıb bu? Ümumiyyətlə bu termin qaldı sovet vaxtında. Yalnız qeyri-idman hərəkəti termini mövcuddu. Epizoda gəldikdə isə, Nurlanın elədiyi hərəkət normaldı və qaydalara zidd deyil. Sadəcə həmin vaxt o, topla 9 metrlik aralıq məsafəsini qorumadığı üçün zərbə təzədən yerinə yetirilməliydi". 

"Xəzər Lənkəran" - "Bakı" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsilə bitib. 


oxunma sayı: 666 | Paylaş:




?>