')

Bu gün:


FutbolPress.Az | İspaniya La Liqası: XXV tur bitdi (YENİLƏNİB)

İspaniya La Liqası: XXV tur bitdi (YENİLƏNİB)


oxunma sayı: 387 Paylaş:

FutbolPressİspaniya La Liqasında XXV tura yekun vurulub.

İlk oyun günündə azarkeşlər bir qarşılaşmaya şahidlik edib. "Espanyol" evdə "Kordoba"nı minimal hesabla məğlub edib - 1:0.

II matç günüdə 4 qarşılaşma baş tutacaq.

“Barselona” səfərədə millimizin üzvü Eddi İsrafilovun komandası “Qranada” ilə qarşılaşıb. Görüşdə Kataloniya klubu 1:3 hesabı ilə qalib gəlib.

"Rayo Valyekano" isə autsayderlər "üçlüy"ündə qərarlaşan "Levante"ni qəbul edib. Matçda meydan sahiblərinin hücumçusu Albero Bueno 4 qol vurub və komandasına vacib qələbə qazandırıb - 4:2.

“Sevilya”  “Atletiko” ilə, lider “Real” “Vilyarreal”la üz-üzə gəlib. Birincilərin görüşündə hesab açılmayıb – 0:0.

“Santyaqo Bernabeu”da isə azarkeşlər 2 qol izləyib. Hərəyə 1 top vuran komandalar meydanda “sülh bağlayıb”. Oyun 1:1 hesabı ilə nəticələnib.


Tura “Selta” – “Elçe” oyunu ilə yekun vurulub. Hesabda öndə olan meydan sahiblərinin qələbəni əldən verib – 1:1.

İspaniya La Liqası. XV tur
27 fevral


23:45. “Espanyol” – “Kordoba” - 1:0
Qol: Abraham, 43 (1:0)


28 fevral

19:00. “Qranada” – “Barselona” - 1:3
Qollar: Rakitiç, 25 (0:1), Suares, 48 (0:2), Riko, 53-pen (1:2), Messi, 70 (1:3)

21:00. “Rayo Valyekano” – “Levante” - 4:2
Qollar: Viktor Kasadesus, 13 (0:1), Alberto Bueno, 23 (1:1); 32 (2:1); 33 (3:1); 38 (4:1), Uçe, 85 (4:2)

23:00. “Almeriya” – “Deportivo” – 0:0

01:00. “Malaqa” – “Xetafe” – 3:1
Qollar: Xuanmi, 10 (1:0), Vaskez, 55 (1:1), Darder, 57 (2:1), Rikardo, 68 (3:1)

1 mart

15:00 “Valensiya” – “Real Sosyedad” - 2:0
Qollar: Pyatti, 53, 56 (2:0)

20:00 “Eybar” – “Atletik” Bilbao - 0:1
Qol: Gurpeci, 36 (0:1)

22:00 “Sevilya” – “Atletiko Madrid” - 0:0

00:00 “Real” – “Vilyarreal” - 1:1
Qollar: Ronaldo, 52-pen (1:0), Cerrard, 64 (1:1)


2 mart

23:45 “Selta” – “Elçe” - 1:1
Qollar: 
Krohn-Dehli, 61 (1:0), Lomban, 87-pen (1:1)

Turnir cədvəli

N Komanda O Q H M T-F Xal
1. Real Madrid 25 20 1 4 75:23 61
2. Barselona 25 19 2 4 70:15 59
3. Atletiko Madrid 25 17 3 5 50:22 54
4. Valensiya 25 16 5 4 45:21 53
5. Sevilya 25 14 4 7 42:30 46
6. Vilyarreal 25 13 6 6 39:23 45
7. Malaqa 25 12 5 8 29:29 41
8. Selta 25 8 8 9 26:25 32
9. Espanyol 25 9 5 11 32:36 32
10. Atletik Bilbao 25 8 6 11 22:31 30
11. Rayo Valyekano 25 9 2 14 28:43 29
12. Real Sosyedad 25 6 9 10 28:36 27
13. Eybar 25 7 6 12 25:34 27
14. Xetafe 25 7 5 13 22:35 26
15. Deportivo 25 6 7 12 20:38 25
16. Almeriya 25 6 6 13 22:39 24
17. Elçe 25 6 6 13 22:45 24
18. Levante 25 5 7 13 21:48 22
19. Qranada 25 3 10 12 16:40 19
20. Kordoba 25 3 9 13 18:39 18


oxunma sayı: 387 | Paylaş:





?>