AZAL-dan ayrılıb "Neftçi"yə keçir (EKSKLÜZİV)
Paylaş:
AZAL-ın hücumçusu Freddi Mombonqo-Duesun mövsümün sonunda komandadan ayrılacağı haqda "FutbolPress"ə məlumat daxil olub.
Mənbə "təyyarəçilər"lə 2016-cı ilə qədər müqaviləsi olan 30 yaşlı futbolçunun yay "transfer pəncərəsi" zamanı "Neftçi"yə keçəcəyi bildirdi.
2014-cü ilin avqustunda Şüvəlan təmsilçisi ilə müqavilə bağlayan və paytaxt klubunda oynadığı müddətdə yüksək performans nümayiş etdirən oyunçu ilə adını dәqiqlәşdirә bilmәdiyimiz daha bir iddialı klubun maraqlandığı deyilir.
Freddi Mombonqo AZAL-ın heyətində keçirdiyi 17 oyunda 6 qol vurub.
| Paylaş: