Böyük hesabata az qaldı (QEYD)
Paylaş:
Həmin gün yaxınlaşır. AFFA hökumətinin, başda Rövnəq Abdullayev olmaqla illik hesabat-seçki konfransına 8 gün qaldı.
Martın 6-da, saat 11:00-da "Hilton" oteldə tədbir başlayacaq və nəhayət, geridə qalan bərbad futbol ilinə, ən absurd qərarların nəticəsizliklərinə görə başda Rövnəq Abdullayev olmaqla onun "drujinasını" sorğu-suala tutmaq imkanı olacaq.
Futbol gündəminə zəlzələ effekti verəcək məqamların açılacağı gün ola bilər həmin gün.
"2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"ndan tutmuş baş katib Elxan Məmmədovun strateji-siyasi problemləri, səhvləri, Peşəkar Futbol Liqasının taleyi kimi məsələlərin qabaracağına qədər bir çox taleyinə aydınlıq gələsi mövzular...
Builki hesabat-seçki konfransı qədər çox gözlənilən hadisə olmayıb, ya da çox az olub. Tədbiri və tədbirəqədərki prosesləri ən aşkar və obyektiv tərəfləriylə "FutbolPress"dən izləyərsiniz...
| Paylaş: