')

Bu gün:


FutbolPress.Az | 3 milli, 3 qələbə, 3 məğlubiyyət

3 milli, 3 qələbə, 3 məğlubiyyət


oxunma sayı: 473 Paylaş:

FutbolPressBu gün Azərbaycanın milli komandalarının Antalya toplanışı yekunlaşacaq.

Bir müddətdir qonşu ölkədə təlim-məşq toplanışı keçən A, U-21 və U-16 milliləri bir sıra yoxlama oyunları keçirib.

Üç komanda ümumilikdə 6 görüş keçirib. Bunlardan Robert Prosineçkinin rəhbərlik etdiyi əsas komanda bir, Yaşar Vahabzadənin çalışdırdığı U-21 iki, Təbriz Həsənovun yetirmələri U-16 isə 3 matçda meydana çıxıb.

Azərbaycan millilərinin rəqiblərindən 4-ü klub, ikisi isə yığma olub. Bu görüşlərdəki nəticələr isə 50-nin 50-yədi. Belə ki, millilər 3 qələbə qazanıb, 3 dəfə isə meydanı başıaşağı tərk edib. Bütün qarşılaşmalarda qol vuran millilər ümumilikdə rəqib qapılarından 18 top keçirib, öz qapısından isə 9 qol buraxıb.

A milli

24 fevral
Azərbaycan - “Şaxtyor” – 1:2


U-21

23 fevral
Azərbaycan - “Atırau” (Qazaxıstan)– 2:1

25 fevral 2015.
Azərbaycan -  Qana U-20 – 1:2


U-16

21 fevral
Azərbaycan -  “Benfika” (İsveçrə) U-17  – 9:0

24 fevral
Azərbaycan -  Belarus U-17 – 1:2

25 fevral
Azərbaycan -  “Konnerud” U-17 (Norveç) – 4:2


oxunma sayı: 473 | Paylaş:




?>