')

Bu gün:


FutbolPress.Az | Bu tıxac sovrularmı?!

Bu tıxac sovrularmı?!


oxunma sayı: 792 Paylaş:

FutbolPress
faridordiyev@gmail.com
Bugünlərdə futbol tariximizin mirvarilərindən olan “Jemçujina”nın qəhrəmanı Nazim Süleymanovun doğum gününü futbol ictimaiyyəti bəh-bəhli yazılarla qeyd etdi. Təqdirəlayiqdir, əlbəttə! Süleymanovun bu qədər sevilməsi, sözsüz ki, tək insani keyfiyyətləri ilə bağlı deyildi. O, “Azərbaycan” kəlməsini ölkə hüdudlarından kənarda – çox uzaqda olmasa da - layiqincə başqa millətin nümayəndələrinin dilinə tatu kimi həkk etmişdi. Elə ürəklərinə də. Xeyr, Nazim bəyin uğurlarından deyil bu yazı. Onun, vəlilərin, qurbanların ardının gəlməməsindədir məsələ. O yolda tıxacın yaranmasındadır məsələ. Ölkədən kənara çıxa bilməməkdədir məsələ. 50 yaşında indiki futbolçular haqqında yazı yazmağa söz tapmaq mümkün olacaqmı?!

Uzatmadan keçirəm mətləbə. “Neftçi” Ruslan Qurbanovu mövsümün sonuna qədər Xorvatiyanın “Hayduk” klubuna icarəyə verib. İlk baxışdan “Hayduk” bizim üçün Zaqreb “Dinamo”su deyil, aydındır. Və “Ruslana nə qazandıracaq bu xorvatlar” kimi sual doğur beyində. Əvvəla, Xorvatiya Avropadır. İstər mental baxımdan, istərsə də futbola münasibət baxımından Ruslana çox xeyri dəyəcək. “Hayduk”un avrokuboklara düşmək üçün oynaması da vacib amildir. Xorvatiya və Serbiya Avropanın nisbətən ucuz bazarı hesab olunur. “Barselona”da Haliloviç, “Inter”də (Milan) Kovaçiç, Brozoviç və başqaları. Onların hər biri Xorvatiya çempionatından çıxıb. Bəllidir ki, onların ekstraklass futbolçu olmaları da təsir edib. Amma Xorvatiya bazarı hazırda Avropanın aparıcı klublarının diqqətdə saxladığı bazarlardandır. Hər transfer pəncərəsində bir neçə futbolçu Grand hesab olunan klubların heyətinə cəlb olunur. Özü də böyük ümidlərlə Elə son transfer dönəmində “Hayduk”da çıxış edən Suşiç də diqqət mərkəzində olanlardandır. İtaliya nəhəngləri, ingilis klublarlar bu futbolçunu diqqət mərkəzində saxlayır. Ruslan üçün və Azərbaycan üçün bu bir şansdır. Bunu maksimum dəyərləndirmək və nəhayət ki, illərdir tıxac yaranan o yolu açmaq lazımdır, vacibdir, labüddür. Tıxac sovrularmı?!

Görünür, Xorvatiya futbolunun böyük adlarından birinin millinin baş məşqçisi olması bu transferdə həlledici olub. İlk gəldiyi gündən Ruslanı bəyənən Prosineçki Foqtsdan fərqli olaraq milliyə 65-ci  bundesliqada klubun aşbazı işləyənləri futbolçu kimi gətirmir, hələ ki. Düzdür, Emil Balayevin keçidində alman bandasının yaxından-uzaqdan rolu oldu. Ruslanın “Hayduk”da oynayıb maaşını “Neftçi”dən alması məsələsi də var gündəmdə. Burda qeyri-adi nə var, onu anlaya bilmədim. İki klub arasında razılaşma bu formada gerçəkləşib. Belə hallar Avropada da baş verir. İndi əsas məsələ Ruslanın özünü orda təsdiq etməsidir. Bəzi futbolçularımız haqqında olduğu kimi  hər il “potensialı var, böyük gələcək vəd edir” deməkdən yorulduq. Araz kimi yox, Nazim kimi ol, Ruslan! Ki, 50 yaşını bəh-bəhli yazılarla qeyd edək!

Yazarın bütün yazıları

oxunma sayı: 792 | Paylaş:




?>