Tuyqun Nadirov: "Bu qərarı futbolçuların rifahını zəiflətməkçün qəbul eləməmişik" (MÜSAHİBƏ)
Paylaş:
Bu gün Klublar Komitəsinin sayca dördüncü iclası keçirildi. Tədbirdən dərhal sonra qurum sədri və "Xəzər Lənkəran"ın vitse-prezidenti jurnalistlərə müzakirə olunan mövzular haqda danışdı.
- Klublar Komitəsinin bugünki iclasında hansı məsələlər müzakirə olundu?
- Öncə onu deyim ki, sağ olsun baş katib Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev, bugünki toplantıya gəlmişdilər. İclasda bir sıra məsələləri müzakirə elədik. Biz yalnız müzakirələri iclaslarda yox, klublar arasında internet vasitəsilə də həyata keçiririk. Həmin müzakirələr bu gün yekun formada danışıldı, bəziləri səsə qoyuldu və qərar qəbul edildi. Ən vacib qərar o oldu ki, 21 və 23 yaşadək futbolçuların maaşlarına limit qoyulsun. Bütün klublar bu təkliflə razılaşdı və yekdilliklə səs verdi. İndi bu qərar tövsiyə şəklində İcraiyyə Komitəsinin iclasında gündəliyə salınacaq. Gözləyik ki, İK-in üzvləri, AFFA-nın prezidenti baxıb, klubların təkliflərini nəzərə alaraq, həmin təklifi qərar kimi qəbul edəcəklər. Hamımız bilirik ki, bu məsələdə klublarımız arasında çox mübahisələr olub. Bir klubda ayda 3000 manat maaş alan futbolçu, digər kluba keçib 10 min alır. Bu vaxt həmin gənc futbolçunun peşəkar inkişafı dayanır. Bununla da onlar sönürlər. Bu qərarı futbolçuların rifahını zəiflətməkçün qəbul eləməmişik. 23 yaşından sonra istər 500 min, istərsə də 1 milyon alsınlar.
- Hazırda klublar müxtəlif əcnəbi şirkətlərin xidmətindən istifadə edirlər. Müxtəlif şəkildə xidmətlərdən faydalanırlar. Həmin şirkətlər hər klubdan gedib, pərakəndə şəkildə pul alırlar. Bu gün o klublar birləşib, sözü bir yerə qoydu. Bütün klublar xidmətindən istifadə etdiyi şirkətlərlə 1 nəfərin adı ilə danışacaq. Bu gün şirkət hər bir klubdan məsələn 5 min alırsa, bu, 45 min edir. Amma eyni işi 20 minə də görmək olar. Bu, klubların həm maliyyə xərclərini azaldır, həm gəlirini artırır, həm də gördükləri işin faydalı olduğunu göstərər.
- “İclasda qadın futbolu ilə bağlı da müzakirə aparıldı. Bilirsiz ki, hər bir klub Premyer Liqada çıxışı üçün UEFA-nın lisenziyalaşmasından keçir. Avrokuboklara vəsiqə qazansa belə, iştirakı üçün mütləq UEFA lisenziyası olmalıdı. UEFA lisenziyası alınması üçün şərtlər var və onlara riayət etmək lazımdı. Bu meyarların hamısına riayət olunmalıdı. Bunlardan biri də klublarda qadın komandalarının fəaliyyət göstərməsidi. Bu, növbəti mövsümdən bütün klubların qarşısında mütləq tələb kimi qoyulacaq. Yəni sən buna əmək etmirsənsə, A meyarına əsasən, lisenziyadan məhrum olacaqsan. Bu məsələdə də klublar həmfikir oldular və növbəti mövsümdən qadın komandaları U-19 liqasında çıxış edəcək.
- Bəs sizin təklif elədiyiniz limit nə qədərdi?
- Qərara aldıq ki, paytaxt klubunda oynayan 21 yaşadək futbolçulara illik 30 min, əyalət komandalarında oynayanlara isə 35 min verilsin. Yaşı 21-dən 23-dək olanlara isə Bakı klublarında illik 50 min, bölgə komandalarında isə 60 min məvacib ayrılsın. Əyalət klublarında məbləğ ona görə çoxdu ki, orda məsafə nəzər alınıb. Növbəti iclaslarımızda da klubların yetirmələrinə verdiyi məbləği müzakirə edəvəyik. Hər hansı bir klub digər klubun akademiyasında yetişən futbolçunu almaq istəyirsə, müəyyən məbləğ ödəməlidi. Məbləğin 40-50 və ya 100 min olacağı növbəti iclasda müzakirə olunacaq.
- Sizcə, 21 və 23 yaşlı futbolçular dediyiniz məbləğə oynamağa razılaşacaqlarmı?
- Bu o demək deyil ki, o məbləğ ödənilməlidi. Elə klublar var ki, Elə klublar var ki, futbolçuya ayda 500 manat verir. Məsələ ondadı ki, bəzi məqamlarda klublar futbolçuları şirnikləndirirlər. Onlar da transfer olunduğu klubda əvvəlki kimi çıxış eləyə bilmir və geri qayıdır. Biz bunun qarşısını almağa çalışırıq. Bu qərardan sonra çox qazanmaq istəyən 23 yaşı olanda 500 minlik, 1 milyonluq müqavilə bağlaya bilər. Və ya hansısa xarici klubda kifayət qədər yüksək məvaciblə oynaya bilər. Məsələn, “Xəzər Lənkəran”da hansısa futbolçunun maaşı xarici klubda çıxış edən eyni səviyyədəki futbolçunun məvacibindən çox ola bilməz. Amma ola bilər ki, yaxşı oynasın və mükafat verilsin.İndi bəzi klublar var ki, 23 yaşında oyunçuya Avropada çempionluğa oynayan klubların verdiyi pulu verirlər. "Xəzər Lənkəran"ın akademiyasından çıxan neçə oyunçular olub ki, onların valideynlərini şirnikləndiriblər. Sonra onlar başqa kluba keçiblər və orda oynaya bilməyib, geri qayıdıblar. Gəlib bizdən üzr istəyib, əvvəlkindən də az maaşa oynamağa razı olublar. Hərdən məqşçilərimiz xarakter nümayiş etdirərək, onları geri götürmək istəməsə də, futbol naminə biz onları geri götürmüşük.
- Bəlkə bu qərar vitse-prezidenti olduğunuz, maliyyə problemlərindən əziyyət çəkən “Xəzər Lənkəran”a daha çox sərf edir?
- Bu qərarı “Xəzər Lənkəran” yox, bütün klub nümayəndələrin istəyi ilə qəbul olunub. Bizdə heç bir maliyyə problem yoxdu. Bu gün XL futbolçuların məvacibini vaxtından tez ödəyən bəlkə də, yeganə klubdu. Son oyunları da canlı izləmisizsə, futbolçular da bunu meydanda göstərməyə çalışır. Demək istəyirəm ki, təklif vitse-prezident olduğum XL-dən yox, klublardan və federasiyadan gəlib. Biz gənclərin peşəkarlaşmasını istəyirik. Bu həm də oyunçularımızın xarici klublarda oynamasına şərait yaradacaq. Burda qalıb 10 min almaqdansa, xaricə çıxıb 5 min almaq daha yaxşıdı. Qoy, Azərbaycanı tanıtsın, sonra gəlib millidə çıxış etsin. Bütün variantları müzakirə eləmişik. Ən optimalı isə budu. Gözlənilir ki, 23 yaşdan yuxarı futbolçuların da məvacibinə limit qoyulsun. On görə ki, hərdən əcnəbi məşqçilər gəlib bəzi təkliflər irəli sürürlər. Bu təkliflər bəzən klubların xeyrinə işləsə də, çox vaxt ziyanına olur. XL rəsmisi kimi deyə bilərəm ki, bu qanun qüvvəyə minəndən sonra bizdə problem olmayacaq. Digər klublarda da problemin yaşanacağına inanmıram. Onlar öz istəkləri ilə buna səs veriblər.
- Əvvəlki iclasların birində demişdiz ki, futbolçu ilə klub arasında 3 müqavilənin olmaması üçün müxtəlif yollar arayırsız…
Öncə onu deyim ki, bununla bağlı klublar öz aralarında hüquqi razılıq sənədi imzalayacaq. Buna əməl olunmasa, futbolçular diskvalifikasiya olunacaq. Onların lisenziyası ləğv olunacaq. Belə olan halda, həmin futbolçu I Divizonda iştirak etməli olacaq. Mən inanmıram ki, hansısa klub razılıq verdiyi qərarı pozmağı, başqalarını aldatmağı özünə sığışdırsın. Bundan əvvəlki iclasda "Bakı" ilə bağlı qərar qəbul etdik. Gördünüz ki, heç bir klub qanunu pozmadı. Bütün bu məsələlər İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və inanıram ki, qəbul olunar. əsas odu ki, klublar bir araya gəlib, futbolun inkişafı naminə bu işləri görürlər.
| Paylaş: