')

Bu gün:


FutbolPress.Az | Elxan Məmmədov: "Malaqa"nın futbolçumuza ehtiyacı var (MÜSAHİBƏ)

Elxan Məmmədov: "Malaqa"nın futbolçumuza ehtiyacı var (MÜSAHİBƏ)


oxunma sayı: 699 Paylaş:

FutbolPressAFFA-nın baş katibi Elxan Məmmədov bu gün keçirilən Klublar Komitəsinin iclasından sonra jurnalistlər önünə çıxdı. Qurum rəsmisi tədbirlə bağlı jurnalistlərin suallarını cavablandırmaq istəməsə də, bir sıra digər məsələlərə aydınlıq gətirdi. 

- Bəzi KİV-də yığmamızın “Şaxtyor”un əsas yox, əvəzedici heyəti ilə qarşılaşacağı yazılıb. Bu haqda nə deyə bilərsiz?
- “Şaxtyor”la qarşılaşacağımız doğrudu. Biz artıq Ukrayna klubundan təsdiq xəbəri almışıq. Heyətlə bağlı isə heç bir xəbərimiz yoxdu. Amma biz onların əsas komandası ilə qarşılaşacağıq. Millimiz bundan əvvəl də klublarla yoxlama görüşləri keçirib. Hərdən elə olub ki, komandalar məşq formasına meydana çıxıb. Bu bizimçün test oyunudu.
  
- AFFA-nın “Zenit”in şərəfini qoruyan Ramil Şeydayevə təklif göndərəcəyi haqda xəbərlər yenə gündəmə gəlib…
- Bunu ilk dəfə sizdən eşidirəm. Yayılan xəbərlər həqiqəti əks etdirmir.

- U-19-un baş məşqçisi Hindistan millisi ilə razılığa gəlib. Elit raundda isə yığmamızın uğur qazanacağı inandırıcı deyil. Bunu nəzərə alaraq, artıq indidən yeni baş məşqçi axtarışlarına başlamısız?
- Hazırda bu müzakirə mövzusu deyil. Əgər elit raundda uğur əldə eləsək, Adam vəzifəsində qalacaq. Düzdü, qrupumuz güclüdü.  Ona görə də, bu məsələ haqda elit raunddan sonra düşünəcəyik.

- U-17-nin qarşısına mütləq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyulub?
- Futbolda mütləq olmur. Amma məqsədimiz təbii ki, final mərhələyə vəsiqə qazanmaqdı .

- Buyaxınlarda Rusiya U-17 millisi Azərbaycanla yoxlama görüşü keçirmək üçün Bakıya gələcək. Şimal qonşumuzun heyətində erməniəsilli futbolçu var. Bu barədə nə deyə bilərsiz?
- Biz araşdırdıq və gördük ki, o erməniəsilli olsa da, Rusiya vətəndaşıdı. Müvafiq qurumlara müraciət etdik. Düşünürəm ki, heç bir problem yaşanmayacaq.

- Həmin futbolçunun təhlükəsizliyi nə dərəcədə təmin olunacaq?
- Bu haqda müvafiq qurumları məlumatlandırmışıq. Lazımi tədbirlər görüləcək. O, Azərbaycana Rusiya vətəndaşı kimi daxil olacaq.

- Qara Qarayev “Malaqa”ya yollansa da, hələlik onun taleyi ilə bağlı bir xəbər yoxdu. Bəlkə sizdə hansısa məlumat var?
- Bu gün səhər onunla maraqlandım. Xəbər verdilər ki, “Malaqa”nın futbolçumuza ehtiyacı var. Onu orda bəyəniblər və müqavilə bağlamaq istəyirlər. Amma bir problem var ki, bu da Qarayevin yaşı ilə bağlıdı. Məsələ bundadı ki,  Azərbaycan Avropa Birliyinin üzvü deyil və 18 yaşı tamam olmamış şəxsin uzun müddət İspaniyada qalması qadağandır. Onun 19-20 yaşı olsaydı, daha rahat olardı. Lakin məsələni müzakirə edirik. Hüquqşünaslara bu barədə tapşırıq vermişik.

- Keçidin reallaşması üçün başqa yollar var?
- Bəli. 1-2 qanuni yol var. Məsələni diqqətdə saxlayırıq. Ola bilər ki, hansısa ispan ailəsi futbolçumuzu öz himayəsinə götürsün. Qaydalar var və çalışmalarımız olacaq. 

Qeyd: Elxan Məmmədov Klublar Komitəsinin iclasındakı müzakirələr haqda qurumun sədri Tuyqun Nadirovun danışacağını dedi.



oxunma sayı: 699 | Paylaş:




?>