')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" braziliyalı futbolçusu ilə yollarını ayırdı

"Qəbələ" braziliyalı futbolçusu ilə yollarını ayırdı


oxunma sayı: 121 Paylaş:

FutbolPress“Qəbələ” yarımmüdafiəçi Markinyoş Karioka ilə yollarını ayırıb.

2014-2015 mövsümünün startından “qırmızı-qara” formanı geyinən futbolçunun əyalət komandasının heyətindəki yarımillik karyerası başa çatıb.

2014-cü ilin yayında transfer olunan 23 yaşlı braziliyalı legioner mövsümün ilk yarısında “Qəbələ”nin heyətində 13 oyun keçirib. Ötən ilin avqustun 23-də keçirilən Topaz Premyer Liqasının III turunun “Bakı” ilə oyununda (2:0) komandada debüt edən Markinyoş 12 çempionat matçında 700 dəqiqə meydanda olub, 1 qol və 1 sarı vərəqə ilə diqqət çəkib.

O, XII turun noyabrın 20-də keçirilən AZAL-la oyununda (3:3) yeganə qolunu vurub. Braziliyalı futbolçu 55 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub. Dekabrın 18-də “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Markinyoşun “Qəbələ”də son matçı olub.

“Qəbələ” bir neçə gün öncə Yazalde Pinto ilə də yollarını ayırmışdı.


oxunma sayı: 121 | Paylaş:




?>