Mourinyo: "Hәtta İsa peyğəmbər belә hamının xoşuna gәlmir, qalmışdı ki, mәn"
Paylaş:
Bu gün "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun 52 yaşı tamam olur. "The Special One" (Xüsusi) ləqəbli portuqaliyalı bəlkə də dünyada ən sevilən, ən tənqid olunan və ən uğurlu məşqçidir.
Mourinyo saysız-hesabsız mükafatlar kolleksiyası ilə nüfuz qazanmaqla yanaşı, məşhur fikirləri ilə intriqa yaratmağı da çox sevir.
"FutbolPress" dahi məşqçinin söylədiyi bəzi fikirlərlə sizi tanış edir:
- "Mәn futbol fәlsәfәsini dәyişmәk istәyirәm"
- "Cahil inkişaf etmәyin ona gәrәk olmadığını düşünәndir. Mәn cahil deyilәm"
- "Hәtta İsa peyğəmbər belә hamının xoşuna gәlmir, qalmışdı ki, mәn"
- "Elәlәri var, qәlәbәdәn sonra sevinirlәr, mәnim isә buna vaxtım yoxdur"
- "Mәn hәmişә savaşa hazıram. Halbuki, kartları paylayan vә oyun qaydalarını müәyyәn edәn heç bir futbol klanına aid olmadığımı anlayıram. Bundan әlavә, mәn görkәmli futbolçu olmamışam vә buna görә dә keçmişdә әla oyunçu karyerası olan mәşqçilәrin malik olduğu immunitetә malik deyilәm"
- "Mәnim komandama keç, heç vaxt arxa planda qalmayacaqsan"
- “Real”a pula görә keçmәdim. Onsuz da maliyyә böhranı dövründә qazancıma görә, bir az utanıram. Mәnim üçün işimdәn zövq almaq, bundan başqa, kifayәt qәdәr xoşagәlmәz anlar yaşadığım ölkәdә hörmәt qazanmaq vacibdir"
- "Mәn jurnalistlәr vә azarkeşlәrlә ünsiyyәt qurmaq üçün, bir neçә ay, gündә beş saat italyan dilini öyrәnirdim. Amma mәni yenә dә onlara qarşı hörmәtsiz davranmaqda günahlandırırdılar. Halbuki, Ranyeri beş il İngiltәrәdә işlәdikdәn sonra belә, ingilis dilindә güclә salamlaşırdı"
- "Mәn futbol fәlsәfәsini dәyişmәk istәyirәm. Yer üzündә başqa belә bir mәşqçi yoxdur"
- “Çelsi” – 4-3-3 taktikasından istifadә edәn ilk ingilis komandasıdır. Yalnız ondan sonra “Mançester Yunayted” vә “Arsenal” bu taktikadan istifadә etmәyә başladılar. Başqa sözlә, mәnim hesabıma İngiltәrәdә taktika vә mәşq üsulları dәyişdi"
- İtaliyada xoşuma gәlәn şey bәdxahların sәs-küyü idi. Mәn azad 32ölkәdә, azad bir insan kimi öz fikrimi bildirirdim vә hәmin sәs-küy qalxırdı. Bu mәnim xoşuma gәlirdi: çempionat başlamamış, mәn artıq hәdsiz hәvәslәnirdim"
- Mәn Çempionlar Liqasında üç fәrqli komanda ilә qalib gәlәn ilk mәşqçi olmaq istәyirәm"
- Әgәr mәnә sadә hәyat tәrzi lazım olsaydı, “Portu”da qalardım: gözәl mavi kürsü, Çempionlar Liqasında daimi iştirak, Allah vә ondan dәrhal sonra da mәn"
- Londonda, küçәdә yetmiş beş yaşlı bir qoca mәnә yaxınlaşdı, o ağlayırdı. “Çelsi” İngiltәrә çempionatında qalib gәlәrkәn o Boltonda idi, bundan düz 50 il әvvәl, onun komandası axırıncı dәfә Premyer-liqada qalib gәldiyi oyuna isә o, atası vә babası ilә gәlmişdi. Bu gün isә nә onun atası, nә dә babası hәyatda deyillәr. Belә hadis- әlәr mәni çox tәsirlәndirir"
- Mәnә oyunçunun gözәl xarakterә malik, yaxşı bir insan olması lazım deyil. Bu xüsusiyyәtlәri mәn öz övladlarımda görmәk istәyәrdim. Mәnә topu tora göndәrәcәk adam lazımdır"
- Saç düzümümә baxın: mәn hәr zaman döyüşә hazıram. Bundan әlavә, bu cür saç düzümüylә insanın beynindә olan ideyalar daha yaxşı hәyata keçir.
- "Mer (Milanın şәhәrinin meri – red) mәni şikәst oğlana xırda pul vermәk istәyimә görә günahlandırmışdı. Әslindә, mәn hәyat yoldaşımın mәnә hәdiyyә etdiyi vә artıq dörd ildir ki, ayrılmadığım xaçı ona vermәk istәyirdim. Mәn sәmimi hәrәkәt edәndә belә tәnqid edirlәr"
- "İnsanlar mәnim haqqımda danışmaqla mәşhurlaşmaq istәyirlәrsә, buna görә mәnә haqq ödәmәlidirlәr"
- "Qohumlarım, dostlarım saçlarımın daimi stressdәn ağardığını düşünürlәr. Amma bu belә deyil, atamın da saçları tez ağarmışdı. Futbol isә sevinc gәtirir"
- "Mәnim şan-şöhrәtlә bağlı problemlәrim yoxdur. Bir dәfә uşaqlarım vә hәyat yoldaşımla "Disneylend"ә getdim, qayıdanda uşaqlar xahiş etdilәr ki, gәlәn dәfә mәn evdә qalım. Amma bu, böyük futbolda olmaq üçün ödәdiyin haqqdır"
- "Әgәr oyun qabağı, ruh yüksәkliyi yaratmaq üçün komandaya “Qladiator” filminә baxmağı tәklif etsәm, uşaqlar mәni mәsxәrәyә qoyar vә ya hәkim çağırarlar"
Mənbə: "Fikir Sexi" kitabı
| Paylaş: