')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" Macarıstan klubunu məğlub etdi

"Qəbələ" Macarıstan klubunu məğlub etdi


oxunma sayı: 171 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının II və III dövrələrinə hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” bu gün 6-cı yoxlama matçına çıxıb.

"Qırmızı-qaralar” Macarıstan çempionatının yüksək liqasında mübarizə aparan “Haladaş”la qarşılaşıb.

Roman Qriqorçukun rəhbərlik etdiyi komanda 2:0 hesabı ilə qalib. “Qəbələ”nin heyətində Viktor Mendi (27) və Emin Zamanov (69) fərqlənib.

“Qəbələ” əvvəlki yoxlama görüşlərində PSV-nin ikinci komandası (0:0), Ukraynanın “Vorskla” (2:1), Türkiyənin “Əskişəhərspor” (1:3), “Adanaspor” (3:2) və Rusiyanın “Kuban” (0:2) klubları ilə üz-üzə gəlib.

Yoxlama oyunu
25 yanvar


“Qəbələ” (Azərbaycan) - “Haladaş” (Macarıstan) - 2:0
Qollar: Viktor Mendi, 27, Emin Zamanov, 69

QƏBƏLƏ: 1. Kamran Ağayev, 15. Ruslan Abışov, 12. Aleksandru Benqa, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 5. Sadiq Quliyev, 17. Qismət Əliyev, 32. Mixail Sivakov, 90. Ekiqo Ehiosun, 99. Tellur Mütəllimov, 9. Viktor Mendi

Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov , 27. Bəxtiyar Soltanov, 13. Murad Musayev, 8. Markinyoş, 23. Emin Zamanov, 87. Bəhlul Mustafazadə


oxunma sayı: 171 | Paylaş:




?>