')

Bu gün:


FutbolPress.Az | Samuel Eto`O rəsmən İtaliya klubunda

Samuel Eto`O rəsmən İtaliya klubunda


oxunma sayı: 273 Paylaş:

FutbolPressSamuel Eto`O karyerasını İtaliya A Seriyasında davam etdirəcək. 

Kamerunlu forvard azad agent kimi "Sampdoriya"ya transfer olunub. 33 yaşlı futbolçu Apennin klubu ilə 2,5 illik müqavilə imzalayıb. O, yeni klubund ildə 1,5 milyon avro məvacib alacaq. 

Eto`O bundan öncə İspaniyada "Real" Madrid, "Malyorka", "Barselona", İtaliyada "İnter", Rusiyada "Anji", İngiltərədə "Çelsi" və "Everton" kimi klubların formasını geyinib. Hücumçu "Barselona"nın heyətində iki dəfə, "İnter"lə isə bir dəfə Çempionlar Liqasının qalibi olub. 

Samuel Eto`O peşəkar karyerasında 627 matçda 308 qol vurub. 


oxunma sayı: 273 | Paylaş:




?>