')

Bu gün:


FutbolPress.Az | Unudulmaz zərbənin yubileyi: “Bu futbol dramı idi, mənsə aktyor”

Unudulmaz zərbənin yubileyi: “Bu futbol dramı idi, mənsə aktyor”


oxunma sayı: 630 Paylaş:

FutbolPressBu gün dünya şöhrətli fransalı futbolçu, “Mançester Yunayted”in canlı əfsanəsi Erik Kantonanın azarkeşi təpiklə vurduğu epizoddan 20 il ötür.

1995-ci ilin yanvarın 25-də “Kristal Pelas”a qarşı səfər matçında “Mançester Yunayted”in hücumçusu matçboyu kobud və sərt oyunu ilə seçilir. Fransalı futbolçunun ikinci hissənin ortalarında son qayda pozuntusu rəqib oyunçu Riçard Şouya qarşı olur. Kantona bu epizoda görə baş hakim Alan Uilke tərəfindən qırmızı vərəqə ilə cəzalandırılır və meydandan qovulur.

Kantona meydanı tərk edərkən azarkeşlərdən biri, daha doğrusu Metyu Simmons ona və vətəni Fransaya qarşı təhqiramiz ifadələr işlədir. Əsəblərini cilovlaya bilməyən 7 nömrəli “qırmızı şeytan” əvvəlcə tullanaraq Simmonsu təpiklə, daha sonra isə bir neçə dəfə yumruqla vurur. Kantonanı yalnız komanda yoldaşı, qapıçı Peter Şmeyxelin müdaxiləsindən sonra geyinib-soyunma otağına yollamaq mümkün olur.



1:1 bərabərliklə bitən matçdakı bu hadisə bütün dünyada böyük marağa səbəb olur. Hadisənin işıqlanmasında isə ən yaxından iştirak edən, epizoda ən yaxın olan fotoqraf Stiv Lindsell olur. Onun çəkdiyi bu fotolar bütün dünya idman mediasında sürətlə yayılır. Hadisənin səhəri günü İngiltərə Futbol Federasiyası araşdırmalara başlayır. Demək olar ki, bütün günah fransalı hücumçunun boynunda qalır. Federasiya bu hərəkəti “futbolun nüfuzuna ən böyük ləkə” kimi qiymətləndirir. “Mançester Yunayted”in azarkeşləri, idman mediası, hətta oyunçular da Kantonanın futboldan uzaqlaşdırılmasını tələb edir. Bundan əlavə, Kantonanın bu “qəhrəmanlığı” “Mançester Yunayted”in dünya birjalarındakı aksiyalarının 3 milyon funt aşağı düşməsinə səbəb olur.

Yanvarın 27-si isə İngiltərə Futbol Federasiyası oyunçunu 12 min funt cərimələyir və ona 10 ay futbol oynamağı qadağan edir. Məhkəmənin hökmü ilə isə Kantona 120 saat ictimai işlərə cəlb olunur. Hücumçu yalnız cəzası bitəndən sonra “Mançester Yunayted”dəki karyerasını bərpa edir.

Hadisənin iştirakçısı olan 20 yaşlı azarkeş Metyu Simmonsa isə 7 sutka həbs cəzası verilir. Amma o, yalnız 1 sutka həbdsdə qalır. Buna baxmayaraq öncə oğurluğa görə 2 il icbari həbs alan Simmons bu hadisəyə görə 500 min avro cərimələnir.

“The Sun”un məlumatına görə, epizod zamanı Simmons Kantonaya bu sözləri deyibmiş: “Cəhənnəm ol burdan. Səni geyinib-soyunma otağında soyuq duş gözləyir”.

Amma hüquq mühafizə orqanlarının araşdırması zamanı isə məlum olub ki, azarkeşin futbolçuya bu sözləri deyib: “S***dir öz ölkənə, murdar fransız köpək”.

Məhkəmə hökmü zamanı Kantona vəkili ilə belə bir dialoq qurur: 

- Ən böyük balıq gəmisi ingiliscə necə adlanır?
- Tral gəmisi.
- Bəs dəniz üzərində uçan ən böyük quş?
- Qağayılar.


Bu sual cavabdan sonra Kantona balaca kağıza bir neçə kəlmə yazır. Bu sözlər indinin özünündə də futbol tarixinin ən yaxşı açıqlaması sayılır:

“Qağayılar çox vaxt dənizin yox, balıq gəmisinin üzərindən uçurlar. Onlar düşünürlər ki, balıqçılar ovu dənizə atacaq”

Kantonanın bu hərəkətininin əhəmiyyətini qiymətləndirmək mümkün deyil. ilk növbədə ona görə ki, o, futbolun hüdudlarından kənara çıxır. Amma bir şey də var ki, bunu oyundan ayırmaq da olmurş İllər sonra Kantona qeyd edird: “Bu futbol dramı idi, mənsə aktyor”. O həmçinin zarafatla əlavə edir: “Simmonsu daha bərk vurmaq lazım idi. Bu bir növ məni və digər futbolçuları təhqir eləmək üçün cəhd edənləri qorxudar”. 


- Azarkeşi təpiklə vurmaq olarmı? - Əlbəttə, yox.
- Bu zərbəyə görə siz Kantonaya haqq qazandıra bilərsizmi? - Hardasa ola bilər.
- Futbolçular öz hərəkətləri ilə hər zaman örnək olurlarmı? - Şübhəsiz ki, yox.
- Sizə elə gəlir ki, onların dahiliyi sosial normalara ziddir? - Oxşayır.

Bu suallara hərəmiz müxtəlif cavab verə bilərik. Amma unutmayaq ki, Erik Kantona bu suallara cavab belə axtarmayıb. O sadəcə bildiyini eləyib. 


oxunma sayı: 630 | Paylaş:





?>