Aleksey Spirinə millimizin forması hədiyyə olundu (VİDEO)
Paylaş:
Hakimlərin Antalya toplanışı başa çatmaq üzrədi.
Peşəkar Futbol Liqası və Hakimlәr Komitәsinin dәvәti ilә toplanışda tanınmış FIFA təlimatçısı Aleksey Spirin dә iştirak edirdi.
Təlimboyu fit sahiblərimizə öz təcrübəsilə kömək olan rusiyalı mütəxəssis bu gün düşərgədən ayrılacaq. Bununla əlaqədar tədbir keçirilib. Tədbirdə HK sədri Xaqani Məmmədov və Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov çıxış edib.
Sonda 63 yaşı Antalyada, azərbaycanlı hakimlərin düşərgəsində tamam olan Aleksey Spirinə xatirə hədiyyəsi olaraq üstündə 63 nömrə həkk olunmuş millimizin forması hədiyyə olundu.
| Paylaş: