')

Bu gün:


FutbolPress.Az | İspaniya La Liqası: XX tur bitdi (TURNİR CƏDVƏLİ)

İspaniya La Liqası: XX tur bitdi (TURNİR CƏDVƏLİ)


oxunma sayı: 982 Paylaş:

FutbolPressİspaniya La Liqasında XX tura yekun vurulub.

Tura liderin görüşü ilə start verilib. “Real” Madrid səfərdə “Kordoba”nın qonağı olub. Görüşdə qonaqlar çətin qələbə qazanıb - 1:2.

“Barselona” da səfərdə meydana çıxıb. Katalonlar “Elçe” ilə üz-üzə gəlib. Matçda "blqauqrana" meydan sahiblərini biabırçı hesabla yenib - 0:6.

"Atletiko" isə Madrid derbisində "Rayo Valyekano"ya şans verməyib - 3:1.

Nöcbəti matç günü daha 4 oyun olub. Azərbaycan millisində oynamağa razılığı verən Eddi İsrafilovun komandası “Qranada” “Deportivo” ilə qarşılaşıb. Qapılara 4 qol vurulan oyunda komandalar meydandan sülhlə ayrılıb - 2:2.

"Atletik" Bilbao "Malaqa"nın müqavimətini qıra bilməyib. "Espanyol" isə "Almeriya"ya eç bir şans verməyib - 3:0

Turun mərkəzi görüşündə isə "Valensiya" ilə "Sevilya" üz-üzə gəlib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə "yarasalar" rəqibindən 3:1 hesabı ilə üstün olub. 

Tura “Xetafe” – “Selta” matçı ilə yekun vurulub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsilə bitib.

İspaniya La Liqası. XX tur

24 yanvar

“Kordoba” – “Real” Madrid - 1:2
Qollar: Qilas, 3-pen (1:0), Benzema, 27 (1:1), Beyl, 89-pen (1:2)
Qırmızı vərəqələr: Kriştiano Ronaldo, 82 ("Real"), Kartabya, 87 ("Kordoba")

“Elçe” – “Barselona” - 0:6
Qollar: Pike, 36, Messi, 53-pen (0:2), 88 (0:5), Neymar, 69 (0:3), 71 (0:5), Pedro, 90+3 (0:5)
Qırmızı vərəqə: Fayr, 57 ("Elçe")

23:00 “Atletiko Madrid” – “Rayo Valyekano” - 3:1
Qollar: Grizman, 12 (1:0), (2:0), Troshorras, 35 (2:1), Manuço, 56-a.q (3:1

01:00 “Real Sosyedad” – “Eybar” - 1:0
Qol: Prieto, 55 (1:0)

01:00 “Vilyarreal” – “Levante” - 1:0
Qol: Vietto, 56 (1:0)


25 yanvar

15:00 “Deportivo” – “Qranada” - 2:2
Qollar: Piti, 7 (0:1), Rodriqes, 34 (1:1), Lukas, 38 (2:1), İbanyes, 83 (2:2)
Qırmızı vərəqə: Farina, 87 ("Deportivo")

20:00 “Atletik” Bilbao – “Malaqa” - 1:1
Qollar: San Xose, 70 (1:0), Guerra, 78 (1:1)

22:00 “Espanyol” – “Almeriya” - 3:0
Qollar: Stuani, 37 (1:0), 40 (2:0), Kaysedo, 74 (3:0)

00:00 “Valensiya” – “Sevilya” - 3:1
Qollar: Parexo, 18-pen (1:0), 32 (2:0), Bakka, 36-pen (2:1), Fuego, 56 (3:1)


26 yanvar

23:45 “Hetafe” – “Selta Viqo” - 2:1
Qollar: Çarles, 15 (0:1), Vaskez, 19 (1:1), Sarabiya, 85 (2:1)

Turnir cədvəli


N Komanda O Q H M T-F Xal
1. Real Madrid 19 16 0 3 64:16 48
2. Barselona 20 15 2 3 54:9 47
3. Atletiko Madrid 20 14 2 4 40:19 44
4. Valensiya 20 12 5 3 38:18 41
5. Sevilya 19 12 3 4 31:20 39
6. Vilyarreal 20 11 5 4 33:17 38
7. Malaqa 20 9 5 6 23:21 32
8. Eybar 20 7 6 7 24:26 27
9. Espanyol 20 7 5 8 25:29 26
10. Rayo Valyekano 20 7 2 11 21:36 23
11. Real Sosyedad 20 5 7 8 20:24 22
12. Selta Viqo 20 5 6 9 19:23 21
13. Atletik Bilbao 20 5 5 10 16:26 20
14. Hetafe 20 5 5 10 16:28 20
15. Kordoba 20 3 9 8 16:30 18
16. Depoprtivo 20 4 6 10 16:33 18
17. Elçe 20 4 5 11 18:41 17
18. Almeriya 20 4 4 12 17:33 16
19. Levante 20 3 7 10 13:35 16
20. Qranada 20 2 9 9 13:33 15


oxunma sayı: 982 | Paylaş:





?>