')

Bu gün:


FutbolPress.Az | Dünyanın ən varlı 20 klubu (SİYAHI)

Dünyanın ən varlı 20 klubu (SİYAHI)


oxunma sayı: 551 Paylaş:

FutbolPressDünyanın ən varlı futbol klublarının siyahısı açıqlanıb.

Siyahının ilk pilləsində "Real" Madrid qərarlaşıb. "Qalaktikos" artıq ardıcıl 10-cu dəfə ən imkanlı klub adına sahib çıxıb. "Kral klubu"nun 2013/14 mövsümündə ümumi gəliri 549,5 milyon avro olub. Bu, əvvəlki mövsümlə müqayisədə 30,6 milyon avro çox olub.  

Madrid klubunu "Mançester Yunayted" izləyir. "Mankunyanlar"ın ötən mövsümdəki qazancı 518 milyon avro olub. İlk "üçlüy"ü isə ötən mövsüm yalnız Almaniya kubokunu qazanmaqla kifayətlənən "Bavariya" qərarlaşıb - 487,5 çilyon avro.
 
Dünya nəhənglərindən olan "Barselona" isə 4-cü yerlə kifayətlənib. Katalonlar 2004/05 mövsümündən bu yana ilk dəfə ilk "üçlük"də qərarlaşa bilməyib.  "Blauqrana" ilk onluqda yer alan klublar arasında illik qazancı minimal olan (2 milyon avro) klubdur. Onlar ötən mövsüm cəmi 484,6 milyon qazanıb.

Dünyanın ən varlı 20 klubu

1. “Real” (Madrid, İspaniya) – 549,5 milyon avro
2. “Mançester Yunayted” (İngiltərə) – 518 milyon avro
3. “Bavariya” (Almaniya) – 487,5 milyon avro
4. “Barselona” (İspaniya) – 484,6 milyon avro
5. PSJ (Fransa) – 474,2 milyon avro
6. “Mançester Siti” (İngiltərə) – 414,4 milyon avro
7. “Çelsi” (İngiltərə) – 387,9 milyon avro
8. “Arsenal” (İngiltərə) – 359,3 milyon avro
9. “Liverpul” (İngiltərə) – 305,9 milyon avro
10. “Yuventus” (İtaliya) – 279,4 milyon avro
11. “Borussiya” Dortmund (Almaniya) – 261,5 milyon avro
12. “Milan” (İtaliya) – 249,7 milyon avro
13. “Tottenhem” (İngiltərə) – 215,8 milyon avro
14. “Şalke” (Almaniya) – 213,9 milyon avro
15. “Atletiko Madrid" (İspaniya) – 169,9 milyon avro
16. “Napoli” (İtaliya) – 164,8 milyon avro
17. “İnter” (İtaliya) – 164 milyon avro
18. “Qalatasaray” (Türkiyə) – 161,9 milyon avro
19. “Nyukasl” (İngiltərə) – 155,1 milyon avro
20. “Everton” (İngiltərə) – 144,1 milyon avro


oxunma sayı: 551 | Paylaş:




?>