')

Bu gün:


FutbolPress.Az | “Fövqəlhücumçu”nun “peşəkarlığı”

“Fövqəlhücumçu”nun “peşəkarlığı”


oxunma sayı: 850 Paylaş:

FutbolPress
faridordiyev@gmail.com
Peşəkarlığı pulla almaq olmur. Lap, ilinə 250-300 min dollar pul qazansan da, olmur. Peşəkarlığı millidə fantastik və müəyyən mənada təsadüfi qol vurmaqla da əldə etmək olmur. İki cümləni bir-birinə qoşmağı bacarmayan, ölkə hüdudlarından bir addım belə kənara atmağa gücü çatmayan bir futbolçunun peşəkar olmaması təəccüblü deyil. Amma onun kimisə bəyənməməsi gülməlidir. Ürəkdən gülürəm belə şeylərə, vallah! Millinin futbolçusunun (?) İspaniya La Liqasında çıxış edən və ya elə ehtiyat oyunçular skamyasında oturan bir futbolçunu (!) bəyənməməsi bir ayıb, onu kütləvi şəkildə deməsi iki ayıb. İndi təsəvvür edin, 2 ildə 4 klub dəyişən bu “fövqəlhücumçu” “Qranada”nın heyətində çıxış edən həmyerlimiz ilə millidə oyuna çıxanda nə baş verəcək. Bir peşəkar futbolçu bunları deyərmi?! Bir peşəkar futbolçu belə açıqlama verərmi? Bəs futbol etikası, bəs idmançı həmrəyliyi, bəs komandadaxili ab-hava və s. Onlar nəmənədir?! Belə şeylərin bizə aidiyyatı yoxdur.

Pul gözü o qədər tutub ki, onu heç kimlə bölmək istəmirlər. O qədər harınlanıblar ki, özlərindən başqa kimsəni milliləşdirdikləri millidə görmək istəmirlər. Üzdə olanlarımız heç Türkiyə I Liqasında (PTT) özünə yer tapa bilmirlər.

Rauf Əliyevin məlum açıqlamasından sonra onu ən azı millidən bir neçə oyunluq uzaqlaşdırmaq lazımdır. Prosineçki Avropa futbolu, Avropa futbol mədəniyyəti görmüş adamdır. Avropada hər hansı bir futbolçunun həmkarı və millidən yoldaşı olacaq oyunçu haqda belə bir fikir səsləndirməsini təsəvvür edirsiz? Mən? Yox! Buna bənzər hallar Foqts dönəmində də olmuşdur. Mahir Şükürov və bəzi milli futbolçular qürbətçi futbolçularımız haqda da bənzər fikirlər səsləndirmişdilər. Deməli, “’əjdahalar”ımızda peşəkarlıq, futbol mədəniyyəti problemi var. Vəli Qasımovdan sonra ilk futbolçumuzdur ki, İspaniya La Liqasında çıxış edir. Və cəmi 22 yaşı var. Bəyənmədiyimiz və bəyənmədiyiniz Nazarov hər bir futbolçumuzdan bir baş üstün oynayırdı və seçilirdi son matçlarda. Yəqin, elə budur onların gözlərini qorxudan.

Bugünlərdə Derbi İtaliyada  "Yuventus"-"İnter" matçında milanlıların hücumçusu İkardinin ötürmə vermədiyi üçün Osvaldonun komanda yoldaşının üzərinə şığıması və onu təhdid etməsi İtaliya mətbuatında geniş müzakirələrə səbəb oldu. Və sonda klub qərar verdi. Osvaldo bir neçə müddətlik komandanın oyunlarında iştirak etməyəcək və yalnız fərdi məşqlərlə kifayətlənəcək. Üstəlik, qış transfer dönəmində onun komandadan göndəriləcəyi də müzakirə olunur. İndi kimin necə peşəkar olmasına özünüz qərar verin. 

Yazarın bütün yazıları

oxunma sayı: 850 | Paylaş:




?>