')

Bu gün:


FutbolPress.Az | Messidən inanılmaz jest: "Çelsi"yə gedir? (FOTO)

Messidən inanılmaz jest: "Çelsi"yə gedir? (FOTO)


oxunma sayı: 1335 Paylaş:

FutbolPressLionel Messinin "Barselona"nı "Çelsi"yə dəyişəcəyi haqda xəbərlər səngimək bilmir.

Bu dəfə argentinalı superulduz özü belə şübhələri artıran jestlə yadda qalıb.

Belə ki, Messi "Instagram"da "Çelsi"nin rəsmi səhifəsi ilə yanaşı "zadəganlar"ın futbolçuları Felipe Luis və Tibo Kurtuanın hesablarını təqib eləməyə başlayıb. Bundan əlavə hücumçunun həyat yoldaşı Antonella Rokkuzzo da London klubunun səhifəsini izləməyə start verib.

"10 nömrə"nin bu hərəkəti "Blaurana" fanatlarını təşvişə salıb. Onlar artıq Messinin London klubuna keçəcəyinə şübhə eləmirlər.

"Daily Express" isə iddia edir ki, Messinin bu addımı "Çelsi" rəhbərliyini ümidləndirib. Artıq "göylər"in prezidenti Roman Abramoviç qış transferləri üçün 277 milyon funt ayırmağa hazır olduğunu bildirib.

İspaniya La Liqasının son turunda "Barselona"nın səfərdə "Real Sosyedad"a 1:0 hesablı məğlubiyyətindən sonra Messi yenilginin səbəbkarı baş məşqçi Luis Enrike olduğunu bildirmiş və onun taktikasını bəyənmədiyini söyləmişdi. Yerli mətbuatın yazdığına görə, o, həmçinin müxtəlif bəhanələrlə dünənki məşqdən yayınıb.

Screen Shot 2015 01 05 at 20.19.56 Barcelonas Lionel Messi just followed Chelsea FC on Instagram amidst rumours [Pictures]


oxunma sayı: 1335 | Paylaş:




?>