')

Bu gün:


FutbolPress.Az | "Yüz faizlik penalti idi" (MÜSAHİBƏ)

"Yüz faizlik penalti idi" (MÜSAHİBƏ)


oxunma sayı: 330 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının XV turunun "Sumqayıt" - "Qəbələ" matçının ardından "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Luis Hilario Dodo matç haqqında fikirlərini "futbolpress.az"a bölüşdü. Oyunda başından zədə alan və buna baxmayaraq matça sarğı ilə davam edən, həmçinin mübahisəyə səbəb olan penalti epizodu ilə diqqət mərkəzinə düşən Dodo həmin ana da aydınlıq gətirdi:

- Oyun barədə fikirlərini bizimlə bölüşərdin...
- Öncədən çətin oyun olacağını bilirdik. "Sumqayıt" çempionatda keçirdiyi oyunlarla nəyə qadir olduğunu göstərir. Onların heyətində hər an oyunun gedişini dəyişə biləcək istedadlı gənc futbolçular var. Oyuna ciddi hazırlaşmışdıq. "Qarabağ" üzərində qəbələ bizə xüsusi stimul vermişdi. Matça yaxşı başlasaq da, hesabı aça bilmədik. İkinci hissədə isə qapımızda qol gördük. Bu bizi həvəsdən salmadı, sona qədər mübarizə aparıb bərabərlik qolunu vurmağı bacardıq.

- Başından zədə alsan da, oyundan çıxmadın...
- Artıq neçə ildir ki Azərbaycanda top qovuram. Bilirsiniz ki sonadək mübarizə aparmağı, daim komandamın yanında olmağı sevirəm. Oyunun gedişində başımdan zədə aldım. Futbolçu üçün zədə qaçılmazdır. Həkim müayinə etdi, ona oyuna davam edə biləcəyimi dedim. Sarğı qoyuldu və mübarizəni davam etdirdim.

- Penalti epizodu barədə nə deyə bilərsən? Deyilənlərə görə matçdan sonra rəqib futbolçulara həmin epizodda sənə toxunuşun olmadığını demisən.
- Bu şayiədən başqa bir şey deyil. Əksinə ənə qarşı aşkar kobudluğun olduğunu demişəm.Həmin an mənə qarşı kobudluq var idi. Çertoqanov o epizodda ayağıma zərbə endirmişdi. Mənim matçın videoyazısına baxmaq imkanım olmayıb. Amma siz baxın, əminəm ki hər şeyi aydın görəcəksiniz. Çertoqanov həmin epizodda hakimə etiraz belə etmirdi. Yəni yüz faizlik penalti idi. Hansısa hakim səhfindən söhbət belə gedə bilməz. Bilirsiniz ki, mən simulyant deyiləm. Hər zaman rəqibin əməyinə hörmətlə yanaşıram. Hakimi aldatmaq, yanılmaq mənə - peşəkarlığıma yaraşmaz.


oxunma sayı: 330 | Paylaş:




?>