')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt" - "Qəbələ" matçında qalmaqal (FOTOLAR)

"Sumqayıt" - "Qəbələ" matçında qalmaqal (FOTOLAR)


oxunma sayı: 323 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasının XVII turunun "Sumqayıt" - "Qəbələ" matçında qalmaqal yaşandı.

İlk hissəsində hesab açılmayan matçın 66-cı dəqiqəsində meydan sahibləri Məhəmməd Qorbanovun qolu ilə önə keçdi. 

Oyunun 86-cı dəqiqəsində isə qonaqların hücumçusu Dodo rəqibin cərimə meydançasında yıxıldı. Hakim Rəhim Həsənov "kimyaçılar"ın qapısına şübhəli penalte təyin elədi. "Sumqayıt"ın məşqçilər korpusu, oyunçular və stadionda olan azarkeşlər hakimin bu qərarına sərt etiraz elədilər. Amma hakim qərarını dəyişmədi və Cavid Hüseynov hesabı bərabərləşdirdi. 

Matç bitəndən sonra isə qalmaqal böyüdü. Meydan sahiblərinin oyunçuları Rəhim Həsənovun üstünə şığıyıb və hakim meydanı polis və mühafizəçilərin əhatəsində tərk elədi.

Azarkeşlərin meydana daxil olmağa şərait tapmasalar da, hazırda stadionun qarşısında hakimə etirazlarını bildirir.




oxunma sayı: 323 | Paylaş:




?>