')

Bu gün:


FutbolPress.Az | Bu da Azərbaycan millisinin rəqibinin yeni baş məşqçisi

Bu da Azərbaycan millisinin rəqibinin yeni baş məşqçisi


oxunma sayı: 167 Paylaş:

FutbolPressAVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Bolqarıstan yığmasının yeni baş məşqçisi bilinib.

Ötən ay Lyuboslav Penevlə yollarını ayırdıqdan sonra başsız qalan bolqarlar onun əvəzinə komandanın “sükanı arxası”na İvaylo Petevi gətirib.

39 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Petev 2015-cilin yanvar ayının 1-dən rəsmən Bolqarıstan millisinə başçılıq edəcək.

İvaylo Petev 2010-2013-cü illərdə “Ludoqorets”ə rəhbərlik edib. O, bu komanda il 2 dəfə ölkə çempionu və Bolqarıstan kubokunu qazanıb. Onun son iş yeri Kipr AEL-i olub.


oxunma sayı: 167 | Paylaş:




?>