')

Bu gün:


FutbolPress.Az | Prezidentdən "Qarabağ"a 1 milyon manat

Prezidentdən "Qarabağ"a 1 milyon manat


oxunma sayı: 261 Paylaş:

FutbolPressAzərbaycan Respublikası Prezidenti İlham Əliyev "Qarabağ"a 1 milyon manat ayırıb.

Dövlət başçısı bununla bağlı bu gün Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Qarabağ” futbol klubunun AL-də uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə “Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2014-cü il.

Mənbə: AzərTAc


oxunma sayı: 261 | Paylaş:




?>