')

Bu gün:


FutbolPress.Az | İbrahim Uzunca: "Çempionata yaxşı hazırlaşa bilməmişik"

İbrahim Uzunca: "Çempionata yaxşı hazırlaşa bilməmişik"


oxunma sayı: 142 Paylaş:

FutbolPress"Futbolçularda yorğunluq vardı. Oyunumuz alınmadı. Bütün oyunlarda əsasən eyni futbolçular meydançaya çıxanda bu tip hallar olur".

Bunu "Bakı"nın baş məşqçisi İbrahim Uzunca deyib.

Türkiyəli çalışdırıcı Premyer Liqanın XVII turunda AZAL-a 1:3 hesablı məğlubiyyəti belə şərh edib:

"Nəzərə alaq ki, biz çempionata yaxşı hazırlaşa bilməmişik. Amma yenə də hücumlar qurmağa çalışdıq. Əgər hesabı biz açsaydıq, nəticə fərqli olacaqdı. Məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. “Simurq”la oyundan sonra fasilə yaranacaq. Biz fasilədə hər şeyin müsbətə doğru dəyişəcəyinə ümid edirik".


oxunma sayı: 142 | Paylaş:




?>