"Qarabağ" prezidentin qəbulunda oldu
Paylaş:
Bu gün Azərbaycan prezidenti İlham Əliyev "Qarabağ"ı qəbul edib.
Görüşdə İlham Əliyev çıxış edib, Ağdam klubunun AL-dəki çıxışına toxunub. Prezident turnirin son turunun "İnter"lə oyununda "Qarabağ"ın hakimlərin haqsızlığı ilə üzləşdiyini deyib.
"Atlılar"ın vitse-prezidenti Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov da görüşdə çıxış edib.
"Qarabağ" AL-in qrup mərhələsini üçüncü pillədə tamamlayıb. Ağdam təmsilçisinin VI turun Bakıdakı "İnter"ə qarşı matçda təmiz qolu qeydə alınmayıb.
| Paylaş: