')

Bu gün:


FutbolPress.Az | Mübariz Mənsimov "Xəzər Lənkəran"ın pulunu gecikdirir (QEYD)

Mübariz Mənsimov "Xəzər Lənkəran"ın pulunu gecikdirir (QEYD)


oxunma sayı: 742 Paylaş:

FutbolPressBuyaxınlarda "Xəzər Lənkəran"ın makedoniyalı legioneri Deyan Blajevskinin  düşərgəni tərk eləyib, vətəninə getdiyi haqda məlumat yayıldı. Sonra klubdan, adəti üzrə, rəsmi saytdan yox, müəyyən media vasitəsi ilə futbolçunun bu hərəkətə görə cəzalanacağı haqda açıqlamalar yayıldı.

Klubdakı problemləri gizlətməkçün maksimum senzuranın tətbiq olunduğu,  informasiya manipulyasiyasına yol verildiyi aydındı. Bolqar legioner Qalin İvanov da eyni səbəblərə görə klubdan qaçıb, adı qoyulub ki, guya onun gedişini menecerlər istəyir, ona görə gedib və s.

Əslində, menecerin hansısa futbolçunu  istəməsi çox  normal haldı.  Müqaviləsi  qaydasında olan futbolçu üçün menecer gəlibsə, nə gözəl - bundan niyə qorxur ki klub?! Qorxur ki, futbolçu rahat qaçıb. gedə bilər. Müqavilələr qaydasında deyil. Üstəlik, XL-da prosesudurun dərinliklərindən xəbərdar olan yoxdu deyə, futbolçu rahatlıqla ikili müqavilə amilinə və digər boşluqlara  görə FIFA-ya  şikayət eləyib, "süründürməçilik" də yarada bilər. Bir növ, FIFA ilə hədələyib, yarımçıq tərk etmələrinə qarşı çıxmanı beləcə əngəlləyən ağıllı menecerlər qarşısında aciz qalan bir "Xəzər Lənkəran" rəhbərliyinin bəhanələri də gülməli və absurddu.

Blajevski hadisəsinin  mahiyəti  də kənarda qaldı. Bugün isə "Futbolinfo" futbolçunu dindirib. Blajevski mətləbə aydınlıq gətirib: "Xәzәr Lәnkәran"ı ona görә tәrk etdim ki, klub mәnim maaşımı vermirdi. Belә olan halda mәn orada qala bilmәzdim. Bir futbolçunun özünü yaxsi gostәrmәsi üçün problemi olmamalıdı. Amma belә oynamaq mümkün deyil. Çünki oyuna motivasiya olmaq lazımdı.  "Xәzәr Lәnkәran"dan öz maaşımı tәlәb edәcәm. Әgәr vermәsәlәr, FİFA-ya onlardan sikayәt edәcәm. Artıq bu barədə şikayət də etmişəm. Klubdan plumu tələb edəndə hər dəfə bir yalan dedilər. Məni aldatmaqla məşğul idilər. Klubun maliyyə durumu pisdi, amma bunu heç kəsə demirlər. Bir də "Xəzər Lənkəran"a qayıtmayacağam".

Deməli, bir müddət əvvəl Əfran İsmayılovun da maaşların gecikdirilməsi haqda açıqlaması doğruymuş, baxmayaraq, klub bunu da təkzib eləmişdi. Komandada konkret kiçik bir qruplaşmanı, rəhbərliyin əməllərinin "oyuncaqlarını" çıxmaqla, legionerləri, müəyyən futbolçuları dindirəndə məlum olur ki, hamısı klubdaxili proseslərdən, əsas da maaşların gecikdirilməsindən narazıdı.

Blajevski FIFA-ya şikayət edərsə, onda son 2-3 ildə bu, XL haqda 20-25-ci şikayət olacaq. Bildirək ki, klub bu şikayətlərin əksərində cəzalandırılıb, maddi cəzaya məruz qalıb, ancaq gizlədilir.

Yanlış idarəetmənin yaratdığı problemlər...

Proses belə davam eləyərsə, XL-ə edilən xəbərdarlıqlara əməl edilmədiyi üçün klub FIFA-dan yeni, daha ağır sanksiyaya məruz qala bilər. Bu təhlükədən isə klub idarəçilərinin xəbərdar olmadığı hiss olunur. 

2012/13 mövsümündə eyni motiv üzrə qurum klubun hesabından 6 xal silmişdi. Doğrudu, sonradan xallar bərpa olunmuşdu, ancaq bunda klub rəhbərliyinin səriştəsi yox, kənar amillərin rolu olmuşdu.

"Xəzər Lənkəran"ın ikili müqavilələr (Yəni futbolçunun maaşını yerli assosiasiyada başqa, özünə təqdim elədiyi müqavilədə isə tam başqa göstərilməsi) fırıldağı ilə çoxdan məşğul olduğu futbol ictimaiyyətinə məlumdu. Bu cür vasitəylə bir çox klub məşğuldu. Ancaq işi bilmədiyi üçün hər dəfə "ilişən" isə yalnız "Xəzər Lənkəran"dı.

Maaşların gecikdirilməsini araşdırmağa çalışdıq. Adəti üzrə, klub "FutbolPress"ə açıqlama verməyə özünə veto qoyduğu üçün biz aidiyyatı başqa məlumatlı mənbələrdən araşdırmağa çalışdıq.

Bildirilir ki, Lənkəran klubunun bütün aylıq məvacibləri birbaşa "Palmali"nin mərkəzi - İstanbul ofisindən idarə edildiyi üçün gecikmə də ordan asılıdı.

Gecikmənin səbəbini isə dəqiqləşdirə bilməmişik. Dəqiq bilinən odu ki, klubdaxili proseslər qaydasında deyil. Mübariz Mənsimovun isə buyaxınlarda yenidən kluba həddən artıq maliyyənin sərf olunması, ancaq  nəticələrin ürəkaçan olmaması barədə ciddi xəbərdarlıq etdiyini öyrənmişik.


oxunma sayı: 742 | Paylaş:




?>