')

Bu gün:


FutbolPress.Az | "İnter" - "Neftçi": zədəlilər və cəzalılar

"İnter" - "Neftçi": zədəlilər və cəzalılar


oxunma sayı: 219 Paylaş:

FutbolPressSabah Azərbaycan Premyer Liqasının XVII turunda "İnter" evdə "Neftçi"ni qəbul edəcək. 

Meydan sahibləri turun mərkəzi qarşılaşmasına itkisiz hazırlaşır. Klubdan əldə elədiyimiz məlumata görə, heyətdə zədəli və cəriməli oyunçu yoxdu. 

"Bankirlər"dən fərqli olaraq, qonaqlar sözügedən matça ciddi itkilərlə çıxacaq. "Ağ-qaralar"ın 3 futbolçusu sabahkı matçda iştirak eləməyəcək. 

Bu haqda "FutbolPress.az"a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verdi:

"Məqsəd İsayev sarı vərəqə limitini doldurduğu üçün cəzalı durumdadı. Elnur Allahverdiyev isə diskvalifikasiya olunub. Bundan əlavə Emin Mehdiyev zədələnib. Onun ayağında çat aşkarlanıb və bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Həkimlər deyir ki, futbolçunun əməliyyata ehtiyacı yoxdu. Bu oyundan sonra biz Antalyaya gedəcəyik və o, orada müalicə olunacaq". 

“İnter” – “Neftçi” oyunu sabah 17:00-da başlayacaq.


oxunma sayı: 219 | Paylaş:




?>