')

Bu gün:


FutbolPress.Az | Hollandiyada ilin idmançısı və məşqçisi bilindi

Hollandiyada ilin idmançısı və məşqçisi bilindi


oxunma sayı: 343 Paylaş:

FutbolPressHollandiyada ilin ən yaxşı idmançısı və məşqçisi bilinib.

2014-ün ən yaxşı idmançısı adını "Bavariya"nın vinqeri Aryen Robben qazanıb. Münhen klubu ilə Almaniya çempionluğunu və kubokunu, Hollandiya yığmasında isə DÇ-2014-ün bürünc medallarını qazanan 30 yaşlı futbolçu 70%-dən çox səs yığıb.

Maraqlıdı ki, belə mükafat Hollandiyada son 27 ildə ilk dəfə verilib. Sonuncu dəfə "tülpanlar ölkəsi"nin ən yaxşı idmançısı adını 1987-ci ildə Rud Qullit qazanmışdı.

Lui van Qaal isə bu il vətənində ən yaxşı məşqçi adına layiq görülüb. DÇ-da Hollandiya millisinə 3-cü yeri qazandıran 63 yaşlı çalışdırıcı səslərin əksəriyyətinə sahib çıxıb. 


oxunma sayı: 343 | Paylaş:




?>