')

Bu gün:


FutbolPress.Az | AZAL "Bakı"nı səfərdə məğlub elədi (YENİLƏNİB)

AZAL "Bakı"nı səfərdə məğlub elədi (YENİLƏNİB)


oxunma sayı: 256 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında XVII tur başlayıb. Tur iki gün davam edəcək.

Turun açılış matçı paytaxtda olub. Burada autsayderlər “Bakı” və AZAL üz-üzə gəlib

6 turdu qalib gələ bilməyən İbrahim Uzuncanın rəhbərlik elədiyi “zolaqlılar”ın doğma meydan amilindən yararlanmaq arzusu ürəyində qalıb. “Təyyarəçilər” I dövrədəki məğlubiyyətin əvəzini artıqlamasıyla çıxıblar. Matç Tərlan Əhmədovun yetirmələrinin 0:3 hesablı qələbəsilə bitib. 

Sabah “Sumqayıt” “Qəbələ” ilə, “Xəzər Lənkəran” “Qarabağ”la və “İnter” “Neftçi” ilə üz-üzə gələcək.

Topaz Premyer Liqası. XVII tur
17 dekabr (çərşənbə)


14:00. “Bakı” – AZAL - 1:3
Qollar: Tomi Kostadinov, 42 (0:1), 45 (0:2), Oskars Klava, 62 (0:3), Nurlan Novruzov, 89 (1:3)
I dövrədəki oyun – 1:0
Hakimlər: Namiq Bəkirov, Vüsal Qənbərov, Vüqar Bayramov, Tağı Məmmədov
Hakim-inspektor: Cəmil Haqverdiyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

Turnir cədvəli


N Komanda O Q H M T-F Xal
1. Qarabağ 14 8 4 2 24:15 28
2. Neftçi 14 7 5 2 18:10 26
3. İnter 14 6 7 1 23:5 25
4. Xəzər Lənkəran 14 5 4 5 19:16 19
5. Simurq 15 5 3 7 20:20 18
6. Qəbələ 14 4 5 5 17:22 17
7. AZAL 14 4 4 6 17:24 16
8. Sumqayıt 14 4 2 8 18:24 14
9. Bakı 15 2 4 9 11:31 10

Bombardir: Mikel Alvaro (“İnter”) - 8


oxunma sayı: 256 | Paylaş:




?>