"Real" Madrid finalda (VİDEO)
Paylaş:
Mərakeşdə keçirilən klublararası dünya çempionatı davam edir.
ÇL-in son qalibi "Real" Madrid Meksika “Krus Asul”u ilə yarımfinal oynayıb.
"Karl klubu" matçda rəqibini darmadağın edib - 4:0. Madridlilərin heyətində Serxio Ramos (15), Kərim Benzema (36), Qaret Beyl (50) və İsko (72) fərqlənib. Bununla da Karlo Ançelottinin yetirmələri finala vəsiqə qazanıb.
İspaniya təmsilçisi həlledici oyunda “San-Lorenso” (Argentina) - "Oklend Siti" (Yeni Zelandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Klublararası dünya çempionatı. Yarımfinal
16 dekabr
"Krul Azul" - "Real" (Madrid) - 0:4
Qollar: Ramos, 15 (0:1), Benzema, 36 (0:2), Beyl, 50 (0:3), İsko, 72 (0:4)
| Paylaş: