')

Bu gün:


FutbolPress.Az | "İnter" - ilk 10 ilin izi ilә (FOTOLAR)

"İnter" - ilk 10 ilin izi ilә (FOTOLAR)


oxunma sayı: 353 Paylaş:

FutbolPress"İnter"in on illiyinə həsr olunan kitabın təqdimetmə mərasimi keçirildi. 

 "İnter" - ilk 10 ilin izi ilə" adlanan kitabın müəllifləri klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin (MİƏD) rəhbəri Səbuhi Məmmədov və meneceri Alesey Bravinskidi. Kitab azərbaycan dilində, 500 tirajda çap olunub.

"İnter Arena"dakı tədbirdə prezident Gergi Nikolovla yanaşı klub ictimaiyyəti  və media nümayəndələri iştirak elədi. 

Mərasimi giriş çıxışı ilə kitabın müəllifi, klubun MİƏD rəhbəri Səbuhi Məmmədov açdı. Qurum rəhbəri kitabın yazılmasına ehtiyyacdan danışdı və ümumi məlumat verdi:

"Çalışdıq ki, klubumuzun tarixi, uğurları, statistikaları haqda daha dolğun informasiyalı kitab yazaq. Kitabda fotolar, statistikalar, komandanın rəhbərləri və oyunçuları haqda məlumatlar yer alıb. Həmçinin klubun fəxri prezidenti Cahangir Hacıyevin fikirləri və prezident Georgi Nikolovun müsahibələri çap olunub. Kitabda "İnter"in Azərbaycan Kubokunu qazanması və avrokuboklardakı matçlar haqda maraqlı məqamlara yer verilib". 

Sonra isə çıxış üçün söz klubun prezidenti Georgi Nikolova verildi. Bolqar prezident qonaqları azərbaycanca salamladı və qısaca kitab haqda danışdı:

"Əziz tədbir iştirakçıları, sizi önəmli və gözəl tədbirdə görməyimizə şadıq. Bu, futbol aləmində önəmi hadisədi. İnanıram ki, bu, bir yaxşı ənənəyə çevriləcək. Maraqlananlar klubumuz haqda ən dolğun və geniş məlumatlar bu kitabdan ala bilər". 

Növbəti çıxış üçün söz kitabın müəlliflərindən olan Aleksey Barvinskiyə verildi: 

"Bu kitabın hazırlanması üçün 8 ay vaxt sərf elədik . Həm çətin,ş həm də maraqlı proses oldu. Özümüz və doğma klubumuz haqda çox şey öyrəndik. Bu, ilk işdi və davamlı olacağını arzulayırıq. Həmişə sizi belə tədbirlərdə görək". 



















oxunma sayı: 353 | Paylaş:




?>