')

Bu gün:


FutbolPress.Az | "Qış çempionu" kim olacaq?  (PREVYU)

"Qış çempionu" kim olacaq? (PREVYU)


oxunma sayı: 256 Paylaş:

FutbolPressSabah Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək. Tur iki gün davam edəcək.

İlk oyun günündə bir görüş olacaq. Autsayder "Bakı" doğma meydanda AZAL-ı qəbul edəcək. Son dəfə VI turda doğma meydanda qələbəyə sevinən "zolaqlılar" asan rəqibə qarşı görüşdə mütləq 3 xal qazanmalıdı. "Təyyarəçilər" isə həm I dövrədəki məğlubiyyətin əvəzini çıxmalı, həm də 3 xal qazanıb son pillədəki rəqibdən uzaqlaşmalıdı.

Növbəti matç gününə Sumqayıtda start veriləcək. Burada şəhərin eyniadlı komandası "Qəbələ"ni sınağa çəkəcək. Aralarındakı 3 xal fərqi ilə turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komanalar üçün bu görüş çox böyük önəm daşıyır. Son 4 matçın hamısında rəqib qapılara yol tapmağı bacaran "kimyaçılar" ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq üçün meydana çıxacaq. Ötən tur Sənan Qurbanovun debüt matçında lider "Qarabağ"ı xalsız yola salan əyalət təmsilçisi isə 3 oyunluq səfər qələbəsizliyi seriyasına son qoymalıdı.

Daha sonra paytaxt derbisi başlayacaq. Bu, həm də turun mərkəzi görüşü olacaq. Aralarında bir xal fərqi ilə turnir cədvəlinin iki və üçüncü pillələrində qərarlaşan "Neftçi" və "İnter" "bankirlər"in meydanında qarşılaşacaq. Növbəti tur istirahət edəcək "ağ-qaralar" bu görüşdə qalib gəlməsə, "qış çempion"u ola bilməyəcək. Kaxaber Sxadadzenin yetirmələri isə doğma amilindən yararlanmaqla bu matçda rəqibini məğlub edib, "qış çempionluğu" üçün liderin Lənkəranda büdrəməsinə ümid edəcək.

Turun son matçında "Xəzər Lənkəran" "Qarabağ"la qarşılaşacaq. "Gəmiçilər" 38 gün sonra rəqibini doğma meydanda qəbul edəcək. Avrokuboklara iddialı meydan sahibləri bu matçda qalib gəlməklə həm I dövrədəki məğlubiyyətin əvəzini çıxmış olacaq, həm də paytaxt klublarının "qış çempionu" olmasına şərait yaradacaq. Əgər, Qurban Qurbanovun yetirmələri Lənkərandan 3 xalla dönsə və "Neftçi” “İnter”ə uduzmasa, ağdamlılar qış fasiləsinə ilk yarının qalibi kimi yollanacaq. Paytaxtdakı görüşdə qonaqlar qalib gələrsə, onda "atlılar"a 1 xal da kifayət edir.

Azərbaycan Premyer Liqası. XVII tur

17 dekabr (çərşənbə)


14:00. “Bakı” – AZAL
“Bakı”nın təlim-məşq bazasının stadionu
İlk dövrədəki oyun: 1:0


18 dekabr (cümə axşamı)

15:00. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”
İlk dövrədəki oyun: 1:3

17:00. “Xəzər Lənkəran” – “Qarabağ”
“Xəzər Lənkəran” mərkəzi stadionu
İlk dövrədəki oyun: 2:3

17:00 “İnter” – “Neftçi”
“İnter Arena”
İlk dövrədəki oyun: 0:0

Turnir cədvəli


N Komandalar O Q H M T-F Xal
1 Qarabağ 14 8 4 2 24:15 28
2. Neftçi 14 7 5 2 18:10 26
3. İnter 14 6 7 1 23:5 25
4. Xəzər Lənkəran 14 5 4 5 19:16 19
5. Simurq 15 5 3 7 20:20 18
6. Qəbələ 14 4 5 5 17:22 17
7. Sumqayıt 14 4 2 8 18:24 14
8. AZAL 13 3 4 6 14:23 13
9. Bakı 14 2 4 8 10:28 10

Bombardirlər

Mikel Alvaro (“İnter”) - 8 qol 


oxunma sayı: 256 | Paylaş:





?>