')

Bu gün:


FutbolPress.Az | Xaqani Məmmədov: "Anar Salmanov belə ədalətlidisə..." (CAVAB)

Xaqani Məmmədov: "Anar Salmanov belə ədalətlidisə..." (CAVAB)


oxunma sayı: 447 Paylaş:

FutbolPressFIFA dərəcəsinə təsdiqlənən  hakimlərimizin siyahısı açıqlandı: Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədo. Məlumdu ki, 2-ci qrupa yüksəlmi n Anar Salmanov gənc referi Orxan Məmmədovla əvəzlənib.

Böyük futbolda üç nəfərin təsdiq olunduğu budəfəki siyahıda Anarı Orxanla dəyişən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan açıqlama aldıq. 

Salmanov "Apasport"a müsahibəsin bu məsələyə sərt narazılıq bildirib: "FIFA-lıq bir şey yoxdu. Onların həvalə etdiyi bütün oyunları idarə edib, yaxşı qiymətlər almışam. Bu, sırf Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun işidi. O deyə bilər ki, Anar il yarımdı çempionat oyunlarını idarə etmir. Yəni, bunu əlində “kozır” tuta bilər. Bəs necə olur ki, çempionatda 2 dəfə “2” qiyməti alan Orxan Məmmədovun adını FIFA-ya göndərib? Necə olur bu, mənə başa salsın"

İki dəfə "2" alan...

Məhz bu məqamla bağlı komitə sədrinin cavabı belə oldu: "Anar Salmanov belə ədalətlidisə, onda 2012/13 mövsümündə o da iki dəfə "2" qiymət alıb, ancaq FIFA-ya göndərmişəm adını - bunu niyə demir? Biz doğru addım atmışıq, Orxan bu siyahı düşməyə hazır idi, ona görə salmışam. FIFA-nın qeydiyyata götürmə şərtlərində, qaydalarında belə şey yoxdu, Salmanov özü üçün danışır...".



oxunma sayı: 447 | Paylaş:




?>