Söyüş heç nəyi dəyişmir...
Paylaş:
"Hakimin anasını, bacısını..."
Birincidə kreativlik var, ikincidə isə... İkincidə heç nə yoxdu. Yan xətt hakimin səhvən ofsayd üçün bayraq qaldırması "Qarabağ"ı qələbədən, 1/16 finaldan elədi. Əvəzində əsas hakimi söydük, söydük, söydük...
Hamısı "facebook"da idi Zelinkanı "peysər çıxardanlar", anasını, bacısını, nəslini söyənlər...
Bu, kütlə işidi. Azarkeş kimi yanaşanın belə eləməsi anlaşılandı hardasa. Dünyanın hər qitəsində belədi. Birinci səviyyədə olan ölkələrdə də, ikincidə də, üçüncüdə də...
Ancaq heç bir normal ölkədə ali təhsili, dünyagörüşü, həyat təcrübəsi olan adamın - "Ananı si..." yazan görə bilməzsiz. Jurnalisti də "Anası qəh... Zelinka" yazan ölkənin halı pis olar yəqin bundan sonra daha da...
Zelinkadan başqa briqada, ən çox da yan xətt hakimi idi səhv eləyən. Niyə onu yox, məhz Zelinkanı söyürsüz?
Zarafat idi, ciddiyә almayın. Bu abzas da, ağıllı görsәnmәyin, fәrqlilik gücәnmәyin tәzahürlәrindәn biri olsun. Bir dəqiqə.. çox ciddi, niyə belə eləyirsiz? Niyə beləsiz? Söymək heç nəyi dəyişmir. Dəyişən yalnız bir şeydi: siz. Pis tәrәfә/şeyə dəyişilirsiz. Söyməyin. Vallah, söyməyin. Belə müasirlik, intellektuallıq qazana bilməyəcəyik. İnkişaf eləmiş cəmiyyətlər qaçacaq bizdən. Daha da səviyyəsiz bilib, bundan da pis davranacaqlar.
Dünyanın hüququ, ictimai qaydalarını müəyyənləşdirən biz deyilik - görürsüzmü... Onda gərək inkişaf edək, xeyli uğurlar qazanaq ki, qayda müəyyənləşdirməkdə bizim də rəyimiz, təsirimiz olsun. Buna gedən yolda isə söymək, təhqir eləmək yoxdu.
Enerjini faydalı şeylərə sərf eləməyin min yolu var. Mümkünsə, belə olaq.
| Paylaş: