')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın futbolçusu: "Həmişəki kimi oynaya bilmədim" (MÜSAHİBƏ)

"Qarabağ"ın futbolçusu: "Həmişəki kimi oynaya bilmədim" (MÜSAHİBƏ)


oxunma sayı: 612 Paylaş:

FutbolPressDünən Azərbaycan Premyer Liqasının XIV turunda "Qarabağ" səfərdə "Simurq"a 2:3 hesabı ilə qalib gəldi. Matçdan sonra "atlılar"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərin suallarını cavablandırdı.

-  Oyun haqda fikirlərinizi öyrənmək istərdik.
- "Simurq"la səfər oyunları həmişə çətin olur. Amma bugün yaxşı oynadıq və lazım olan üç xalı qazandıq. 

- "Sent Etyen"lə oyundan sonra belə bu oyunda iştirak eləmək çətin olmadı ki?
- Komandada səyahətlə bağlı biraz yorğunluq hiss olunurdu. Amma bu o demək deyil ki, məğlub olmalıyıq. Həm AL-də, həm də Premyer Liqada eyni səviyyədə oyun göstərməliyik. Bu, bizim borcumuzdur.

- Fransadakı oyunda özünü yaxşı tərəfdən göstərə bilmədin. Buna səbəb Reynaldo, Çumbinyo və Diasın olmamağı idi, yoxsa...
- Yox, bu fikirlə razı deyiləm. Rəqibin oyunçuları məni bağlamışdı. Hər addımımda üstümə 2-3 futbolçu gəlirdi. Buna görə top itirirdim. Bilirəm ki, həmişəki kimi oynaya bilmədim. Amma əsas odu ki, komanda sərfəli nəticə qazandı. 

- Bəzən, futbolçular 2-3 gündən bir oynamaqdan şikayət edirlər. Bəs sənin fikrin necədir?
- Mənə elə gəlir ki, futbolçu vəziyyətə görə öz futbolunu oynamalıdır. Mübarizə apardığımız bütün turnirlərdə eyni səviyyədə iştirak eləməliyik. 3-4 gündən bir oynamaq bizim üçün problem deyil, mənim işim də budur.

- Azarkeş baxımından AL oyunlarından sonra çempionata adaptasiya olmaq çətin olmur?
- Təbii ki, çox saylı azarkeşlərin önündə oynamaq futbolçulara əlavə gücdür. Komanda meydana daxil olanda azarkeşlər sanki əlavə oyunçu kimi bizə kömək olur. Amma biz stadionda olduğumuzda onları unudub öz işimizlə məşğul oluruq. Ona görə, adaptasiya baxımından problem yaşamırıq.


oxunma sayı: 612 | Paylaş:




?>