')

Bu gün:


FutbolPress.Az | Marko Stanoyeviç: "Səhvə görə Şehiçə təşəkkür edirəm" (MÜSAHİBƏ)

Marko Stanoyeviç: "Səhvə görə Şehiçə təşəkkür edirəm" (MÜSAHİBƏ)


oxunma sayı: 748 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XIV turunda öz meydanında “Qarabağ”a 2:3 hesabı ilə uduzan “Simurq”un yarımmüdafiəçisi Marko Stanoyeviç oyundan sonra "FutbolPress.az"ın suallarını cavablandırdı.

- Oyun haqda nә deyә bilәrsiniz?
- Bilirdik ki, çәtin oyun olacaq. Bütün gücümüzlә çalışdıq. Amma bu dәfә alınmadı. Qapımıza öz sәhvlәrimizdәn 3 qol vuruldu. Sәhvlәrimizin üstündә işlәmәliyik. İki qol vurduq, bu, sevindiricidi. Mәğlubiyyәti unudub, qarşıdakı oyunlara köklәnmәliyik.

- Bәlkә oyundan әvvәl düşünmüşdüz ki, "Qarabağ" çətin Fransa səfərindən yorğun gәlәcәk?
- Bu haqda heç fikirləşməmişdik. "Qarabağ"ın iki heyәti var. Çoxlu güclü vә texnikalı oyunçuları var. Qәlәbә qazanmaq üçün meydana çıxmışdıq. Bәzi epizodlarda bәxtimiz gәtirmәdi. Qol şanslarımızdan yararlana bilmədik.

- Fasilәdә baş mәşqçi sizә hansı göstәrişlәri verdi?
- Әsas hücumda fәal olmağımızı istәdi. Dedi ki, istәsәz vә çalışsaz qәlәbә qazana bilәrsiniz.

- Qol vuruğunuz epizodda İbrahim Şehiçin sәhv edәcәyini gözlәyirdiz?
- Ondan әvvәl fәrqlәnmәk üçün üç şansım oldu. Amma tәәssüf ki, qol olmadı. Şehişdən belə səhvi gözləməzdim. Buna görə Şehiçә tәşәkkür edirәm.

- Artıq iki oyundu ard-arda fәrqlәnirsiz...
- Meydana qol vurmaq üçün çıxıram. Qolları komandadan hansı futbolçunun vurması vacib deyil. Әsas odu, komanda qәlәbә qazansın. 


oxunma sayı: 748 | Paylaş:




?>