')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" UEFA reytinqində irəlilədi 

"Qarabağ" UEFA reytinqində irəlilədi 


oxunma sayı: 504 Paylaş:

FutbolPressUEFA klubların növbəti reytinq siyahısını açıqlayıb.

454 komandanın yer aldığı siyahıda Azərbaycandan 7 klub yer alıb.

ALiin qrup mərhələsində səfərdə "Sent-Etyen"lə 1:1 bərabərə qalan “Qarabağ” reytinqdə 6 pillə irəliləyib. Ağdam təmsilçisi hazırda 10.450 xalla 158-ci yerdə qərarlaşıb.

“Neftçi” isə 4 pillə geriləyərək 8.950 xalla 179-cu olub.

Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda Azərbaycan komandalarının mövqeyi aşağıdakı kimidir:

158. “Qarabağ” (+6)
175. “Neftçi” (-4)
271. “İnter” (0)
298. “Xəzər Lənkəran” (+1)
338. “Bakı” (+3)
359. “Qəbələ” (+4)
362. AZAL (+3)

Reytinq cədvəlinə yenə də ÇL-in son qalibi “Real” Madrid başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.

Ölkələrin reytinqində isə Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. "Qarabağ"ın "Sent-Etyen"lə səfər heç-heçəsindən sonra 12.250 xalla reytinqdə 29-cudur. 


oxunma sayı: 504 | Paylaş:




?>