')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran"ın futbolçusunun sarı vərəqəsi ləğv olundu

"Xəzər Lənkəran"ın futbolçusunun sarı vərəqəsi ləğv olundu


oxunma sayı: 162 Paylaş:

FutbolPressBu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

AFFA.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Premyer Liqasının IV turunun “Xəzər Lənkəran” – “İnter” matçında "gəmiçilər"in futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqənin düzgün olmadığı və həmin vərəqənin ləğv olunması ilə bağlı Apellyasiya və Ekspert Komitəsinə müraciətinə baxılıb. 

Apellyasiya və Ekspert Komitəsi bu məsələyə baxılması üçün İntizam Komitəsinə müraciət edib. İntizam Komitəsi matçın videoyazısına baxdıqdan və AFFA Hakimlər Komitəsinin sədrinin bu epizodla bağlı rəyindən sonra aşağıdakı qərar qəbul olunub:

"Azərbaycan Premyer Liqasının IV turunun “Xəzər Lənkəran” – “İnter” matçının 59-cu dəqiqəsində “Xəzər Lənkəran”ın 8 nömrəli futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqə hakim tərəfindən epizod düzgün qiymətləndirilmədiyinə görə ləğv edilib"


oxunma sayı: 162 | Paylaş:




?>