Roberto Mançini: "Qarabağ"la matç bizimçün rahat keçəcək"
Paylaş:
AL-in qrup mərhələsinin V turunda "Qarabağ"ın rəqibləri "İnter" və "Dnepr" Milanda üz-üzə gəlib. "Göy-qaralar" qonaqları 2:1 hesablı ilə məğlub edib.
Görüşdən sonra İtaliya klubunun baş məqçisi yerli mətbuata açıqlama verib:
"Rəqibin heyətində Konoplyanka yaxşı oynadı. Ancaq o, bizim komandaya uyğun futbolçu deyil. Həftəsonu “Roma” ilə çətin oyunumuz var. Yalnız həmin oyun haqda düşünməliyik. Əsas odur ki, bu gün qələbə qazandıq. "Qarabağ"la matç bizimçün rahat keçəcək”.
Təcrübəli mütəxəssis bəzi futbolçularının oyununu da dəyərləndirib:
“Pablo Osvaldo uzunmüddətli zədə almışdı. Onun karyerası və dəyəri haqqda məlumatlısınız. Osvaldonu transfer etməyə hələki hazır deyilik. Ranokkiya oyuna tam hazır deyildi, amma komanda ilə birgə yaxşı oyun göstərdi. Handanoviçli bununla da 6-cı penaltini qurtarmış oldu. Olduqca bacarıqlı qolkiperdi. Hədəfimizə çatmaqda bizə kömək edə biləcək gücdədi”.
| Paylaş: