')

Bu gün:


FutbolPress.Az | Pele Azərbaycana gələcək

Pele Azərbaycana gələcək


oxunma sayı: 369 Paylaş:

FutbolPressBraziliyalı futbol əfsanəsi 74 yaşlı Pele 2015-ci ilin əvvəlində Azərbaycana səfərə gələcək.

Bu haqda ABŞ-ın nüfuzlu “The Huffington Post” qəzeti məlumat verib.

Hazırda xəstəxanada olan sabiq futbolçu "Twitter" hesabı vasitəsilə onu sevənlərə vəziyyətinin yaxşı olduğunu bildirib:

“Bu imkandan istifadə edərək bildirmək istəyirəm ki, vəziyyətim yaxşıdır”.

Pele deyib ki, artıq reanimasiyada deyil, məxfilik məqsədilə xəstəxanada xüsusi otağa köçürülüb.

Pele noyabrın 13-də böyrək daşının götürülməsi üçün uğurlu əməliyyat olunub, lakin sonradan sidik yolu infeksiyası diaqnozu qoyulduğundan yenidən xəstəxanaya götürülüb.

Pele qarşıdan gələn bayramları ailəsi ilə keçirmək, yeni ilə tam sağlam başlamaq və bir sıra beynəlxalq səfərlərə getməyə hazırlaşır.

Azərbaycan ilə yanaşı, Pele Avstraliya, Çin və Nigeriyaya da səfər etməyi planlaşdırır. (trend.az)


oxunma sayı: 369 | Paylaş:




?>