Paytaxt derbisi və liderin Zaqatala səfəri
Paylaş:
Sabah Azərbaycan Premyer Liqasında XIV tur başlayacaq.
Tur iki gün davam edəcək. İlk oyun gününün hər 3 görüşü paytaxtda keçiriləcək.
Həftəyə paytaxt derbisi ilə start veriləcək. “Bakı” doğma meydanda “İnter”i qəbul edəcək. Son 4 turda qələbəyə həsrət qalan “zolaqlılar” doğma meydan amilindən müksimum yararlanmalıdı. “Bankirlər” isə autsayderlə görüşdən raha 3 xalla ayrılmağa çalışacaq.
Daha sonra meydana AZAL və Sumqayıt çıxacaq. Son qələbəsini I dövrədə 7 tur öncə məhz “Sumqayıt”a qarşı səfər matçında qazanan “təyyarəçilər” bu görüşdə üç xal qazanmağa çalışacaq. Tərlan Əhmədovun yetirmələri bu görüşdən üç xalla ayrılsa, o zaman “kimyaçılar”ı turnir cədvəlində geridə qoyacaq. Sumqayıt isə son 8 turda qələbə qazanmadığından heç də yaxşı formada olmayan rəqibi ilə görüşdən lazımi nəticə ayrılmaq istəyəcək.
Günün son matçında qızıl medallara iddialı “Neftçi” avrokubokları gözaltı edən “Qəbələ”ni sınağa çəkəcək. XII turda “Simurq”a uduzan, son turda isə “Xəzər Lənkəran”la xalları yarı bölüb liderliyi əldən verən “ağ-qaralar” bu görüşdən mütləq qalib ayrılmalıdı. Əyalət təmsilçisi isə “Simurq”a doğma meydanındakı məğlubiyyətini paytaxtda qazanacaq üç xalla unutmaq niyyətindədi. Son turlarda qeyri-stabil çıxış edən komandaların görüşü maraqla gözlənilir.
Tura noyabrın 30-u “Simurq” – “Qarabağ” matçı ilə yekun vurulacaq. AL-in qrup mərhələsinin V turunda “Sent-Etyen” səfərindən bir xalla dönən Premyer Liqanın vahid lideri bu görüşdən də qələbə ilə ayrılmağa çalışacaq. Meydan sahibləri isə son iki turda “Neftçi” və “Qəbələ” üzərində qazandıqları qələbə seriyasını davam etdirməyə can atacaq. Son üç turda qələbə qazanan “atlılar”la doğma meydanda rəqiblərə nəfəs almağa imkan verməyn komandaların dueli oyuna marağı artırır.
"Xəzər Lənkəran" bu tur istirahət edəcək.
Azərbaycan Premyer Liqası. XIV tur
29 noyabr (şənbə)
14:00. “Bakı” - “İnter”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Namiq Hüseynov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakı”nın təlim-məşq bazasının stadionu
15:00. AZAL - “Sumqayıt”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Akif Məmmədov
“AZAL Arena”
17:00. “Neftçi” - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Nahid Əliyev, Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
“Bakcell Arena”
30 noyabr (bazar)
17:00. "Simurq" - "Qarabağ"
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Mübariz Haşımov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Fazil Mürşüdov
Zaqatala şəhər stadionu
Turnir cədvəli
N
Klublar
O
Q
H
M
T-F
X
1
Qarabağ
11
7
3
1
20-11
24
2
Neftçi
11
6
3
2
15-8
21
3
İnter
11
4
6
1
20-4
18
4
Simurq
12
5
2
5
16-14
17
5
Xəzər Lənkəran
12
4
3
5
16-16
15
6
Qəbələ
11
3
4
4
15-18
13
7
Sumqayıt
11
3
2
6
12-17
11
8
AZAL
11
2
4
5
11-20
10
9
Bakı
12
2
3
7
10-27
9
10
Araz Naxçıvan
0
0
0
0
0-0
0
Bombardirlər:
Mikel Alvaro (“İnter”) - 7 qol
Nurlan Novruzov ("Bakı") - 6 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 5 qol
| Paylaş: