"Ümid edirəm ki, "İnter" "Qarabağ"a uduzmayacaq"
Paylaş:
Dünən AL-in qrup mərhələsinin V tutuna yekun vurulub.
F qrupunda mübarizə aparan "Qarabağ"la yanaşı rəqibləri "İnter" və "Dnepr" də Milanda üz-üzə gəlib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsilə bitib.
Oyundan sonra Ukrayna klubunun baş məşqçisi "football.ua" saytına müsahibə verib.
Həmin müsahibəni siz təqdim eləyirik:
- Neyləmək olar ki, gələcəkdə komanda bu matçın I hissəsindəki kimi oynasın?!
- Komanda öz gücünə inanmalıdır. Bu vaxt hər şey normal olacaq. Həm də bütün zədəlilərin sağalması gərəkdir.
- Konoplyanka "İnter"çün yaxşı oyunçudu?
- Bunu deyə bilmərəm. Bu məsələyə baş məşqçi baxır. Mən Mançininin yerinə danışmaq istəmirəm.
- Bu gün komandaya nə çatışmadı?
- Deyərdim k, bircə bəxt çatışmadı. "İnter" səhvləri bağışlamayan təcrübəli komandadı. Biz Ukraynada belə çətin matçları yalnız "Dinamo" və "Şaxtyor"a qarşı keçiririk. Bu gün iki səhv buraxdıq və qapımıza iki lazımsız qol vurdular. Təəssüf ki, özümüz də vura bilmədik.
- Həm "Sent-Etyen"lə matçda, həm də bugünki oyunda penalte vura bilmədiz. Bu nə ilə bağlıdı?
- Məşqlərdə həm Konoplyanka, həm də Kaliniç 10 penaltiden 10-unu qola çevirir. Əgər onlar qrup mərhələsindəki bütün penaltiləri vursaydılar, biz indi pley-offda idik. Hər şey son turda həll olunacaq.
- Bu gün "Sent-Etyen" heç-heçə oynadı, "İnter" isə Bakıya motivasiyasız gedəcək. Bu sizin üçün nə dərəcədə problemdir?
- Əlbəttə, bizə indi ancaq "Sent-Etyen"ə qalib gəlməliyik. Ümid edirəm ki, "İnter" "Qarabağ"a uduzmayaq. Həm özümüzə, həm də "İnter"ə inanırıq.
- Konoplyanka Seriya A-ya hazırdı?
- İlk öncə deyim ki, Konoplyanka hazırda bizə lazım olan formada deyil. O əməliyyat olunub. O daha böyük bacarığa malikdi. Gələcək karyerası isə hansı komandaya transfer olacağından asıllıdı. Onu təkcə "İnter" yox, bir sıra Avropa klubları istəyir. Qaldı hazır olub-olmamasına, bunu özü yaxşı bilir.
- Matsarrinin "İnter"i ilə, Mançininin "İnter"i arasında fərqli hiss elədinizmi?
- Kiyevdə uduzmağa layiq deyildik. Amma Rotanın meydandan qovulmasından sonra qapımıza qol vurdular. Bu gün isə üstünlüyümüz vardı. Mançini işinə yenidən başlayıb. İstəyir ki, komandanın oyununu dəyişsin. Məsələn, komanda əvvəlki kimi üç yox, 4 müdafiəçi ilə oynayır. Fərq haqqında danışmaq çətin və tezdir.
| Paylaş: