"Sent-Etyen"in baş məşqçisi: "Xal itirməyimizin səbəbkarı məhz hakimdir"
Paylaş:
"Hakim çox kobud səhvlər elədi. Oyuna nəzarət eləyə bilmədi. Xal itirməyimizin səbəbkarı məhz hakimdir".
Bunu "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye AL-in qrup mərhələsinin V turunda evdə "Qarabağ"la 1:1 bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis artıq növbəti mərhələyə yüksəlmək şanslarının əllərində olmadıqlarına baxmayaraq son görüşdə qələbəyə oynayacaqlarını bildirib:
"Qarabağ" "İnter"ə qalib gəlsə növbəti mərhələyə çıxacaq. Bizim isə pley-off şanslarımız öz əlimizdə deyil. Bu, Bakıdakı qarşılaşmanın nəticəsindən asılı olacaq. Buna baxmayaraq, son matçda qalib gəlmək üçün meydana çıxacağıq"
| Paylaş: