')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "Qrupdan çıxmaq üçün yaxşı şans yaranıb"

Qurban Qurbanov: "Qrupdan çıxmaq üçün yaxşı şans yaranıb"


oxunma sayı: 535 Paylaş:

FutbolPressBu gün AL-in qrup mərhələsinin V turunda "Qarabağ" səfərdə "Sent Etyen"lə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə bitib.

Matçdan sonra "atlılar"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəl oyun haqda danışıb:


"Rәqib gözlәdiyimizdәn qat-qat güclü oynadı. Öz üslubuna oxşamayan oyun nümayiş elədi. Tam fәrqli vә çox istәkli idilәr. Belә vәziyyәtdә heç-heçә yaxşı nəticə oldu. Әlimizdә seçimin az olduğunu, әsas oyunçularımızın, xüsusәn,  hücumdakıların zәdәli olmasını oyundan әvvәl qeyd elәmişdik. Ancaq nәticә ürәyimizcәdi, qrupdan çıxmaq üçün yaxşı şans yaranıb. Ancaq elә indidәn bu oyunu unudub, ölkә çempionatındakı çәtin oyunu ("Simurq"sәfәri. Qeyd edәk ki, komanda Sent Etyendәn birbaşa Qәbәlәyә uçacaq vә orda Zaqatala sәfәrinә hazırlaşacaq - red.)".

Daha sonra 42 yaşlı çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb:

- Rәqib komandanızın baş mәşqçisi hakimin onların lehinә penalti vermәmәyinә etiraz elәdi. Sizә görә, hakimin oyunun nәticәsinә tәsiri nә qәdәr oldu?
- Hakimlik haqda heç vaxt nә pis, nә yaxşı tәrәfdәn danışmamışam. Düşünürәm ki, bu oyunda qabardılacaq hansısa mәqam olmadı.

- Zәdәlilәrlә bağlı durum nә yerdәdi? Onlardan kimsә qrupun son matçına ("İnter" Milan - red.) hazır olarmı?
- Zәdәlilәrin durumu yaxşı deyil. İnanmıram qarşıdakı matça hazır ola bilsinlәr. Bu gün hücumda heç bir dәyişiklik edә bilmәdiyimi hiss elәdim. Mәn oyunçu pәproblemindәn şikayәt elәmirәm. Әksinә, belә mәqamlarda mәşqçi işi daha da çoxalır vә bu, mәnimçün dә yaxşıdı.


oxunma sayı: 535 | Paylaş:




?>