')

Bu gün:


FutbolPress.Az | Mottanın burnunu sındıran braziliyalı hücumçu həbs olundu

Mottanın burnunu sındıran braziliyalı hücumçu həbs olundu


oxunma sayı: 388 Paylaş:

FutbolPressBu ilin avqustun 17-də Fransa Liqa 1-in PSJ - "Bastia" matçından sonra qonaqların oyunçusu Brandaonun parislilərin müdafiəçisi Tiaqo Mottaya hücum eləməsi və onun burnunu sındırması haqda xəbər vermişdik. 

"L'Equipe"nin məlumatına görə, artıq bugün məhkəmə hadisəyə hüquqi qiymət verib.

Belə ki, braziliyalı oyunçu 1 aylıq azadlıqdan məhrum edilib. Bundan əlavə Brandao 20 min avro cərimə ödəyəcək. 

Futbolçunun vəkili Olvye Marten məhkəmənin qərarı ilə razı olmadığını və apellyasiyaya şikayət edəcəyini deyib. 

Fransa Futbol Federasiyası Brandaonu həmin hadisədən sonra 6 aylıq cəzalandırmışdı. Bu səbəbdən forvard mövsümdə cəmi 2 matçda iştirak edib.


oxunma sayı: 388 | Paylaş:




?>