')

Bu gün:


FutbolPress.Az | AFFA qalibləri mükafatlandırdı

AFFA qalibləri mükafatlandırdı


oxunma sayı: 223 Paylaş:

FutbolPressAFFA-nın dəstəyi və İctimai Futbol Təşkilatları İctimai Birliyinin (İFT İB) təşkilatçılğı ilə dövlət və özəl müəssisələr arasında təşkil olunmuş ənənəvi "VIII Futbol Liqası"na yekun vurulub.

Sentyabrın 20-də start götürən yarışın qalibi adını "Embawood" şirkətinin birləşmiş komandası qazanıb. "Respublika Bank"ın birləşmiş komandası 2-ci, "Mətanət A" şirkəti isə 3-cü yeri tutub.

Sonuncu turun oyunları başa çatdıqdan sonra AFFA-nın Futbol Akademiyasının akt zalında Liqanın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə A milli komandanın baş məşqçi əvəzi Mahmud Qurbanov, əməkdar məşqçi Ağasəlim Mircavadov, veteran futbolçular Asim Xudiyev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin rəhbəri Elxan Tağızadə iştirak edib. İlk üç yeri tutan komandalara kuboklar, müxtəlif mükafatlar, müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçulara isə diplomlar təqdim edilib.

Yekunda xatirə şəkli çəkdirilib. (affa.az)


oxunma sayı: 223 | Paylaş:




?>