')

Bu gün:


FutbolPress.Az | "Simurq"un oyunçusu: "Neftçi"nin oyunçusu məni vurmuşdu" (MÜSAHİBƏ)

"Simurq"un oyunçusu: "Neftçi"nin oyunçusu məni vurmuşdu" (MÜSAHİBƏ)


oxunma sayı: 495 Paylaş:

FutbolPressDünən Azərbaycan Premyer Liqasının XIII turunda "Simurq" səfərdə "Qəbələ"ni 2:3 hesabı ilə məğlub elədi. 

Matçdan sonra zaqatalalılar ilk qolunun müəllifi Marko Stanoyeviç "FutbolPress.az"ın suallarını cavablandırdı.


- Oyun haqqında nə deyə bilərsiniz?
- Biz “Qəbələ”nin yaxşı komanda olduğunu bilirdik. Çalışdıq ki, güclü rəqibə qarşı yaxşı oynayıb, nəticə qazanaq. Çox hücum eləyən tərəf olduq və vacib qollar vurub, qələbə qazandıq.

- Cərimə zərbəsindən gozəl qol vurduz və bir neçə epizodda uzaq məsafədən dəqiq zərbələr endirdiz. Bunun üstündə xüsusi çalışmışdız?
- Təbii ki, hər məşqimizdə bu işlə məşğul oluruq. Sürətli hücumlar bizdə yaxşı alınır və bunlar bizimçün “yem”di. Həm qol vurdum, həm də bir neçə epizodda bəxtim gətirmədi. Xüsusilə qapıçı ilə təkbətək çıxdığım epizodda topu çərçivəyə göndərə bilmədim. Əsas odu komanda qələbə qazandı.

- Gələn turda lider “Qarabağ”la şansları necə dəyərləndirərdiz?
- Bizimçün rəqibin fərqi yoxdu. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. “Neftçi” ilə oyundan öncə də mənə bu tip sual vermişdilər. Gördünüz ki, yaxşı oynadıq və qazandıq. Əgər “Qarabağ”a qarşı oyunda da bugünki kimi oynasaq, qələbə qazana bilərik. Düşünürəm ki, yaxşı olacaq. 

- Komanda mövsümün sonunda hansı nəticə qazana bilər?
- Mövsümün sonuna hələ çox var. Bunu indidən demək çətindi. Amma məqsədimiz ilk “4-lük”də yer almaq və avrokuboklara vəsiqə qazanmaqdı.

- Səninçün səfərdə oynamaq asandı, yoxsa doğma meydanda?
- Bugün biz səfərdə ilk qələbəmizi qazandıq. Bu isə o deməkdi ki, ev oyunlarımız daha rahat keçir. Səfərdə  güclü rəqiblərə - həm “Neftçi”yə, həm də “Qarabağ”a qarşı yaxşı oynadıq, amma məğlub olduq. Öz şanslarımızdan bugünki kimi istifadə edə bilmədik.

- Ev oyunlarınız süni, səfər matçlarınız isə təbii ot örtüyü olan stadionlarda olur. Bu sizin oyununuza təsir edirmi?
- Bəli, süni otla, təbii ot üstündə oynamaq tam fərqli şeylərdi. Topun hərəkəti, sürəti fərqlidi. Amma bütün komandalar kimi biz, o cümlədən mən buna öyrəşməyə çalışırıq.

- “Neftçi” ilə oyundan sonra rəqibin rəsmiləri hakimin idarəçiliyindən narazı idi. Siz bu haqda nə düşünürsüz?
- Düzünü desəm, həm bugünki, həm də “Neftçi” ilə oyunlarda hakim səhv qərar vermədi. Oyunu 50-nin 50-yə idarə elədi. Bilmirəm onlar konkret olaraq hansı epizoddan narazıdılar. Amma mənim yıxıldığım epizodda penalti var idi. "Neftçi"nin oyunçusu məni vurmuşdu.


oxunma sayı: 495 | Paylaş:




?>