')

Bu gün:


FutbolPress.Az | Tərlan Əhmədov: "Fasilәdә komandaya dedim ki, arxaya çәkilmәyin"

Tərlan Əhmədov: "Fasilәdә komandaya dedim ki, arxaya çәkilmәyin"


oxunma sayı: 252 Paylaş:

FutbolPress"Fasilәdә komandaya dedim ki, arxaya çәkilmәyin. Rəqibi tәbrik edirәm. AL-də "Sent-Etyen"ə qarşı hәlledici matça çıxacaqlar. Turnirdә yeganә tәmsilçimizdi, bugünkü qәlәbә dә, inşallah, onlara әlavә motivasiya verər".

Bunu Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ"a 2:1 hesablı məğlub olan AZAL-ın baş məşqçisi TərlanƏhmədov dedi.

43 yaşlı mütəxəssis qırmızı vərəqənin komandanın oyununa mənfi təsir göstərdiyini vurğuladı:

"Oyuna gәldikdә isә, meydanda ilk otuz dәqiqәni yaxşı oynadıq. Qırmızı vәrәqә alandan sonra manevr elәmәk çәtin oldu. Pressinq vacib idi. Ancaq görünür, azlıqda oynamaq komanda psixoloji tәsirini göstәrmişdi. Mәn heç vaxt hakimlik haqda danışmamışam. "Qәbәlә" ilә oyun gözәl idi, әleyhimizә verilәn penalti qәrәz idi, sәhv idi, bilmirәm. Ancaq bu oyunda hakimin heç bir nöqsanı yox idi. 

Gənc mütəxəssis meydandakı oyunçulardan Seymur Əsədovu fərqləndirib:

"Әsas, 94-cü il tәvәllüdlü Seymur Əsədovun oyununu qeyd edәrdim. Getdikcә dubldan gәnc oyunçuları әsas heyәtә çağıracağıq".


oxunma sayı: 252 | Paylaş:




?>